Azərbaycanda hər 100 ailəyə 59 avtomobil düşür

Azərbaycanda hər 100 ailəyə 59 avtomobil düşür

2022-ci ilin əvvəlinə aid olan məlumata əsasən Azərbaycanda 1 milyon 566 min 743 ədəd avtomobil var. Bir il əvvəllə müqayisədə avtomobillərin sayı 93 180 ədəd artıb.

 

Sfera.az xəbər verir ki, avtomobillərin çox hissəsini minik avtomobilləri təşkil edir. Son bir ildə minik avtomobillərinin sayı 85 min ədəd artaraq 1,349 milyon ədədə yüksəlib. Minik avtomobillərinin 95 faizi isə şəxsi avtomobillərdir.

 

Rəsmi məlumatlara əsasən, hazırda hər 100 ailəyə 59 şəxsi minik avtomobili düşür. İki il əvvəl bu göstərici 54 idi.

 

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR