Bülent Ersoy nazirdən xahiş edib 1,5 milyonluq məzar hazırlatdı - Lifti də var
Maqazin
16:02 / 21.06.2022
5238
Türkiyənin məşhur müğənnisi Bülent Ersoyun məzar yerinin bəlli olduğu üzə çıxıb.
Sfera.az Türkiyə mediasına istinadən bildirir ki, bu barədə onun meneceri Fevzi Siverek açıqlama verib.
Menecerin sözlərinə görə, Bülent Ersoy məzar yerinə görə daxili işlər naziri Süleyman Soyludan xahiş edib.
"Bülent xanıma Zincirkuyuda məzar yeri tapmışam. Heyranları toxuna bilməsin deyə bir az dərin edəcəyik. Buna görə də məzarı liftli edəcəyik. Lift isə şifrəli olacaq. Məzarı sadə etməyi planlaşdırırıq. Məzarın hazırlanması 1,5 milyon lirəyə başa gələcək.
Əgər məndən əvvəl haqqın rəhmətinə qovuşarsa, belə bir layihəmiz var. Təbii ki, Bülent Ersoyu dəfn etmək istəməzdim. O, mənim həm 27 illik dostum, həm də ailəmdir".
Aysel
Sfera.az