Qundorovun helikopteri belə vuruldu - HÜCUM ANI /FOTO

Qundorovun helikopteri belə vuruldu - HÜCUM ANI /FOTO

Ukrayna ərazisində bir çox komandirini itirən Rusiyaya daha bir zərbə Volnovaxadan gəlib.

 

Sfera.az bildirir ki, Donbasda  rus komandiri həyatını itirib. Belə ki,  51 yaşlı polkovnik-leytenant Sergey Qundorovun olduğu helikopter Volnovaxa yaxınlığında Ukraynaya məxsus zenit raketi ilə vurulub. Həmin anlar isə saniyə-saniyə görüntülənib,  sözügedən video “Telegram” vasitəsilə ictimaiyyətlə paylaşılıb.

 

Daha əvvəl üç “Şücaət” ordeni qazanan Qundorovun olduğu helikopterin vurulduqdan bir müddət sonra da uçduğu, ardınca yerə çırpıldığı qeydə alınıb. Eyni videoda başqa bir rus helikopterinin  “Chaff patronu” ilə atəş açaraq hücumdan qaçdığı və bölgədən uzaqlaşdığı görünüb. 

 

“Daily Mail” qəzetinin məlumatına görə, Qundorov Putinin Ukrayna müharibəsində itirdiyi 55-ci yüksək rütbəli hərbçi olub.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR