DTX-dən Dövlət Gömrük Komitəsində ƏMƏLİYYAT - SAXLANILANLAR VAR/YENİLƏNDİ

Kriminal
20:10 / 20.06.2022
7887
Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti Dövlət Gömrük Komitəsinin Abşeron və İpək Yolu terminallarında əməliyyat keçirib.
Sfera.az-ın yeni əldə etdiyi məlumata görə, əməliyyat günorta saatlarından başlayıb və hələ də davam edir.
Həbs olunanlar arasında yüksək rütbəli məmurlar var.
***
19:29
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Dövlət Gömrük Komitəsinin (DGK) Abşeron və İpək Yolu terminallarında əməliyyat keçirir.
Sfera.az-ın əldə etdiyi məlumata görə, artıq saxlanılanlar da var.
Əməliyyatın xarici ölkələrdən gətirilən müxtəlif növ bağlamalar Azərbaycana daxil olarkən yoxlanışı zamanı qanun pozuntuları, həmçinin vergidən yayınma halları ilə bağlı olduğu qeyd edilir.