"Oskar" mükafatlı rejissor təcavüz ittihamı ilə saxlanıldı: Gənc qadını xəstəxanalıq edib

“Oskar” mükafatlı “Toqquşma” filminin rejissoru Pol Haqqis cinsi təcavüz ittihamı ilə saxlanılıb.

 

Sfera.az bildirir ki, “The Guardian”da yayımlanan xəbərə görə, 69 yaşlı, Kanada əsilli  məşhur həmin vaxt festival üçün İtaliyanın Puglia şəhərində olub. Rejissorun vəkili Priya Çaudri onun  "tamamilə günahsız" olduğunu söyləyib: 

 

“İtaliya qanunlarına görə dəlilləri müzakirə edə bilmərəm. Amma əminəm ki, cənab Haqqisə qarşı bütün ittihamlar geri alınacaq”.

 

İtaliyanın “La Presse” xəbər agentliyi isə prokurorluğun yazılı açıqlamasını paylaşıb.

 

Açıqlamaya görə, “əcnəbi gənc qadın” iki gün ərzində Haqqislə razılığı olmadan cinsi əlaqəyə girməyə məcbur edilib. Bildirilib ki, baş verənlərdən sonra qadın xəstəxanaya müraciət etməli olub.

 

Qeyd edək ki, Pol Haqqis ABŞ-da iki zorlama və iki cinsi qısnama hadisəsində də ittiham olunmuşdu.

 

Türkan
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR