Dəniz mövsümünü açan yaraşıqlı aktyorun paylaşdığı FOTOLAR gündəm oldu - "Vizual ziyafət yaşadıq"

Türkiyəli aktyor Şükrü Özyıldızın son fotoları müzakirə obyektinə çevrilib.
Sfera.az bildirir ki, son olaraq “ Masumlar Apartmanı” və “Netflix”də yayımlanan “Aşk Taktikleri” layihələrində yer alan aktyor məzuniyyətə çıxıb. Fethiyədə gəmi turu edən Şükrü paylaşımı ilə sosial medianın gündəminə düşüb.
Belə ki, "Instagram"da 1,6 milyon izləyicisi olan Özyıldız gəmidə çəkdirdiyi pozalarını, "İcazənizlə mövsümü açıram" qeydi ilə sevənlərinə təqdim edib. Əzələləri ilə diqqət çəkən aktyorun fotolarına Ezgi Mola və Merve Dizdar kimi aktrisalar da səssiz qala bilməyərək tərif yağdırıblar.
Qısa müddətdə 93 mindən çox bəyənmə toplayan Şükrü Özyıldızın izləyicilərindən də oxşar şərhlər gəlib: “Vizual ziyafət yaşadıq”, “Adam əzələdən ibarətdir”, “Sən necə günah işlədin ki, Allah səni daş yaratdı”.
Türkan
Sfera.az