Keçmiş baş nazirdən ETİRAF: \"Putin məni hədələyirdi, cibindən kartları çıxardı və...”

Keçmiş baş nazirdən ETİRAF: \

Böyük Britaniyanın keçmiş baş naziri Qordon Braunun son açıqlaması gündəm olub.

 

Sfera.az bildirir ki, Braun, Rusiya prezidenti Vladimir Putinin onu hədələdiyini deyib. Belə ki, sabiq nazir hadisənin 2006-cı ildə maliyyə naziri olarkən Kremlə səfəri zamanı baş verdiyini iddia edib. 

 

“BBC” televiziyasına danışan Braun Putinlə görüşü zamanı çox alçaq kresloda əyləşdirildiyini söyləyib: 

 

“Putin bir sıra kartları çıxarıb mənim haqqımda məndən daha çox məlumatlı olduğunu sübut etmək istəyirmiş kimi bütün məlumatları oxumağa başladı. İnsanlar indi Rusiya prezidentinin dəyişdiyini, hədə üsuluna keçdiyini deyirlər. Halbuki Putin elə o vaxtlar məni təhdid edirdi”.

 

Braun, həmçinin bildirib ki, Qərb Ukraynanı işğal etməzdən illər əvvəl Rusiya liderinin qarşısında dayana bilməyib, müdafiəsiz olub. O, Rusiyaya qarşı sanksiyalarla bağlı “qlobal bölünməni” də tənqid edib.

 

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR