Dünya bazarında neftin qiyməti ucuzlaşır
Bazarda təklifin çoxluğu qiymətləri aşağı salıb.
Dünya bazarlarında neftin qiyməti ucuzlaşıb.
Brent markalı neftin oktyabr fyuçerslərinin qiyməti 0,08% ucuzlaşaraq bir barelə görə 49,01 dollar olub.
WTI markalı neftin qiyməti isə 0,02% azalaraq bir barelə görə 46,76 dollar təşkil edib.
Qeyd edək ki, ABŞ Enerji İnformasiya İdarəsinin məlumatına görə, ölkədə ticari xam neft ehtiyatlarının həcmi bir öncəki həftə ilə müqayisədə 2,5 milyon barel və 0,5% artaraq 523,6 milyon barelə yüksəlib.
Bazar gözləntisi isə ehtiyatların 0,5 millyon barel azalması istiqamətində idi. Bundan öncəki həftə ərzində isə ölkədə xam neft ehtiyatlarının həcmi 2,5 milyon barel azalmışdı.
Ölkənin xam neft idxalatı isə bir öncəki həftə ilə müqayisədə sutkalıq ortalama 449 min barel artaraq 8,64 milyon barel təşkil edib.
Benzin ehtiyatları isə bir öncəki həftə ilə müqayisədə 0,04 milyon barel artaraq 232,7 milyon barel olub. Bazar isə 1,17 milyon barel azalma gözləyirdi. Benzin ehtiyatları bir öncəki həftə ilə müqayisədə 2,72 milyon barel azalmışdı.
ABŞ-da açıqlanan həftəlik xam neft ehtiyatlarının həcmi barəsində məlumatlar qlobal neft bazarında qiymətlərin düşməsinə səbəb olub.