Koronavirus tarixində ilk - Virus bu heyvanlardan da keçir...
Sağlıq
11:55 / 20.06.2022
6337
Taylandda təxminən bir ildir aparılan elmi araşdırmalar nəticəsində COVID-19-un ilk dəfə pişikdən insana keçdiyi müəyyən edilib.
Sfera.az bildirir ki, Banqkokdakı Songkla Universitetində aparılan araşdırma nəticəsində keçən il COVID-19-a yoluxan 32 yaşlı baytarın pişikdən virusa yoluxduğu müəyyən edilib.
Araşdırmalar çərçivəsində baytardan götürülmüş virus gen nümunələri ilə xəstəlikdən 5 gün əvvəl müalicə edərkən üzünə asqıran pişiyin virus gen nümunələrində oxşarlıq aşkarlanıb. Araşdırma zamanı məlum olub ki, xəstəlik pişiyə ev sahiblərindən keçib.
İnci
Sfera.az