Kolumbiyada keçmiş partizan döyüşçüsü prezident seçildi
Dünya
11:41 / 20.06.2022
5887
Kolumbiyada keçirilən prezident seçkilərinin ikinci turunda qalib gələn solçu “Tarixi pakt” koalisiyasını təmsil edən senator Qustavo Petro prezident seçilib.
Sfera.az xəbər verir ki, seçkilərin ikinci turunda Q.Petro 50,46 faiz səslə Kolumbiyanın 60-cı prezidenti olub.
Petro hələ 17 yaşında ikən 1970-ci illərdə qurulan "şəhər partizan hərəkatı"na (M-19 adı ilə məşhurlaşıb) qoşulub. Adıçəkilən təşkilat 1980-1985-ci illər arasında çox fəal olub və ölkədə qanlı aksiyalar həyata keçirib. Məhz buna görə də Q. Petro bəziləri tərəfindən təhlükəli hesab olunur.
Turan Rzayev
Sfera.az