“Putin bizi qəzəbləndirmək, qiymətləri qaldırmaq istəyir, amma...” – Alman nazir
Dünya
11:29 / 20.06.2022
5664
“Almaniya Rusiya qazından asılılığını azaltmaq üçün kömürlə işləyən elektrik stansiyalarının fəaliyyətini bərpa edəcək və şirkətlərə təbii qaz istehlakını məhdudlaşdırmaq üçün əlavə stimullar təklif edəcək”.
Sfera.az xəbər verir ki, bu barədə Almaniyanın iqtisadiyyat naziri Robert Habek deyib.
"Aydındır ki, bizi qəzəbləndirmək, qiymətləri qaldırmaq Putinin strategiyasıdır. Buna imkan verməyəcəyik. Biz qətiyyətlə, dəqiq və düşünülmüş şəkildə özümüzü müdafiə edəcəyik", - o bildirib.
Turan Rzayev
Sfera.az