"Nərmini yandırıb videoya çəkiblər" - Şərif Quliyev

"Prosesə sədrlik edən hakim məzuniyyətə çıxdığına görə, araşdırma təxirə salınıb. İyulun 13-də məhkəmə baş tutacaq".

 

Sfera.az xəbər verir ki, bu sözləri "Sherg.az"a açıqlamasında müəmmalı şəkildə qətl olunan Nərmin Quliyevanın atası Şərif Quliyev bildirib.

 

Ş.Quliyevin fikirlərinə əsasən,  Nərminin nənəsi  Minayə İsmayılova  vaxtı  səhv deyib:

 

"Təxminən 22:00 radələrində qızım Şəbnəmlə onlara getmişik. Ağbirçək qadındı, zamanı dəqiq deyə bilməyib. Qarşı tərəf yalan iddialar irəli sürür. Şübhəli şəxs olan İlkininin ( Süleymanov ) guya, haqlı olduğunu deyirlər. O videoçəkilişlə etiraf edib. Nərmini yandırıb çəkdiyi görüntülər də var. Hamısını görəcəksiniz. İstintaq davam edir, məhkəmə yekunlaşandan sonra görüntülər kanallarda göstəriləcək".

 

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkarlanıb. Xinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib. İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb. Hazırda araşdırma davam edir.


OXŞAR XƏBƏRLƏR

Uşaqlı qadınların əlavə məzuniyyət günləri nə qədərdir?

Yay mövsümü başlayandan artıq çoxları istirahət planları qurur, məzuniyyət götürərək ailələri ilə dincəlmək istəyirlər.   Xüsusilə uşaqlı qadınlar üç...

Polşa klubu “Qarabağ”ın futbolçusuna təklif göndərdi

Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Toral Bayramovun heyətinə qatmaq istəyən Polşa klubunun adına aydınlıq gəlib.   Sfera.az&nb...

Rus icmasından Yekaterinburqdakı vəhşiliklə bağlı açıqlama

Azərbaycanın Rus icması Yekaterinburqda Rusiya güc strukturlarının qəddarlığını qətiyyətlə pisləyib.   Sfera.az xəbər verir ki, bu barədə icmanı...

Yekaterinburqda həbs edilən azərbaycanlıların sayı 5-ə çatdı - FOTO

  Yekaterinburq Lenin Rayon Məhkəməsində şübhəli şəxs kimi saxlanılmış Əhliman Gənciyev barəsində 3 gün müddətində həbs qətimkan tədbiri seçilib. &nb...

Fövqəladə Hallar Nazirliyinin 20 illiyinə həsr olunmuş yarışlara yekun vurulub - FOTOLENT

Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunan FHN-in yaranmasının 20 illiyinə həsr olunmuş “Gənc xilasedici” XI Beynəlxalq ya...

İyulun bəxtəvər bürcləri- pula pul deməyəcəklər

Yeni ay bürclərə yeni fürsətlər və bolluq vəd edir. Astroloqların proqnozlarına görə, iyul ayında bəzi bürclər üçün xüsusilə maddi baxımdan uğurlu dönəm olacaq....