Dilarənin 15 min dollarlıq klipi! - VİDEO, FOTO

Dilarənin 15 min dollarlıq klipi! - VİDEO, FOTO

Müğənni Dilarə Kazımova Türkiyədə lentə aldırdığı klipini təqdim edib.  

 

OLAY yazır ki, estrada ulduzu sözləri və musiqisi Fidan Alivaya məxsus “Xarizma” mahnısını ekranlaşdırıb. Sənətçinin işi üzərində böyük bir heyət çalışıb.  

 

İdeyası Dilarənin özü və Səbinə Şahiyə məxsus ekran işinin rejissorluğunu Buse Tirman edib. B. Tirman bu günədək Deniz Seki, Morena Taraku, Biah Rodrigues ,Tan Taşçı , Emel Müftüoğlu , Tuğba Özay , Ece Ronay , Enes Batur  kimi ulduzların klipini lentə alıb. 

 

Kazımovanın staylinqini Seyit Ares edib ki, o, Ledi Qaqa, Vinni Harlou, Shensaa, Xloya Beyli, Sevyn Streeter kimi məşhurlarla əməkdaşlıq edir. 

 

Bundan əlavə, Dilarənin makiyajını Kamran Jabbarov edib.  

 

Türkiyədə çalışan Kamran Deniz Akkaya, Gülben Ergen, Nihan Çelik, Deniz Seki, Gonca Vuslateri, Tuğba Özay, Biah Rodriguez kimi sənətçilərlə çalışır. 

 

Layihədə xareoqrafiyanın müəllifi Can Yücetaşdır. 

 

Dilarənin klipinin ssenarisi də diqqət çəkəndir.  Belə ki, ekran işində “drag queen”, artıq çəkili və qısa boylu xanıma yer verilib. 

 

Bununla da, standartlardan kənar biri kimi təqdim edilən şəxslərin, əslində böyük bir xarizmya məxsus olduqları mesajı ötürülür.  

 

 

Sözügedən klip üçün toplam 15 min dollar xərclənib. 

Layihə “BEAT Music” musiqi leyblının məhsuludur.  Mahnı bütün musiqi platformalarında dinləyicilər üçün təqdim edilib.

 


OXŞAR XƏBƏRLƏR

Arif Babayevlə vida mərasimi keçirilir

Xalq artisti Arif Babayevlə Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçirilir.   Sfera.az xəbər verir ki, mərasimdə mədəniyyət naziri Adil Kərimli ...

Politoloq Ceyhun Osmanlı: "Hər kəsə Arif Babayev kimi dünyadan köçməyi arzu edirəm"

Arif Babayev rəhmətə getdi! Gedən cismidir, sənəti tələbələri vasitəsilə yaşayır və ruhu Azərbaycan xalqı olduqca yaşayacaq. Ən çətin günlərimizdə Azərbaycan mə...

Gülay Zeynallı: “Sənət tərbiyəmi, xeyir-duamı siz verdiniz” - FOTO

Müğənni Gülay Zeynallı bu gün vəfat edən Xalq artisti Arif Babayevin xatirəsini sosial şəbəkədə yad edib.   Sfera.az xəbər verir ki, o, sənətkarın ev...

2025-ci ildə dünyasını dəyişən incəsənət xadimləri - ADLAR

2025-ci il Azərbaycan incəsənəti üçün sarsıdıcı itkilərlə yadda qaldı. İlin əvvəlindən bəri ölkənin musiqi, kino, teatr və sənətşünaslıq sahəsində tanınmış sima...

Prezident və Birinci xanım Arif Babayevin vəfatı ilə bağlı nekroloq imzalayıblar

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Arif İmran oğlu Babayevin vəfatı ilə bağlı nekroloq imzalayıblar.   Sfera.az xəbər verir ki,...

Sabah Bakıda 40 dərəcə isti olacaq

Avqustun 2-də gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadas...