Bədbin proqnoz: Bütün məhsullar yenidən BAHALAŞACAQ
Dünyanın ən böyük banklarından olan ABŞ-ın “JPMorgan Chase & Co” bankı məhsulların qiyməti ilə bağlı bədbin proqnoz açıqlayıb.
Sfera.az “Bloomberg”ə istinadən xəbər verir ki, "JPMorgan" əmtəə qiymətlərində yeni bahalaşma dalğası gözlədiyini bəyan edib.
Bank hesab edir ki, son aylarda təchizat zəncirində yaranan pozulmalar və Rusiya-Ukrayna müharibəsinin təsiri səbəbindən əmtəə qiymətlərində sürətli artımlar qeydə alınmasına baxmayaraq, qlobal səviyyədə qiymətlər daha 10 faiz yüksələcək.
Qurum Şimal yarımkürəsində yay mövsümündə qiymət artımlarının 10 faiz, ilin sonuna doğru isə 5 faiz ətrafında ola biləcəyini proqnozlaşdırıb.
Dünya üçün ən qorxulu ssenari neft qiymətləri ilə bağlıdır. Neft qiymətlərinin qısa müddətdə 150 dollara qədər yüksələ biləcəyini təxmin edən "JPMorgan" proqnozlaşdırır ki, bu qiymət dəyişikliyi dünya iqtisadiyyatını yeni böhrana sürükləyəcək.
Vasif
Sfera.az