Keçmiş modeldən inanılmaz açıqlama: “Ərim pul qarşılığında qadınlarla nahar edə bilər”
Keçmiş türkiyəli model Ebru Şancı Öztürkün son açıqlamaları səs-küyə səbəb olub.
Sfera.az bildirir ki, 2015-ci ildə futbolçu Alpaslan Öztürklə evlənən məşhur “2. Sayfa” verilişinin qonağı olub. O, aktyor Burak Özçivitin 2019-cu ildə Küveytdə 80 varlı qadınla 1,5 milyon lirə qarşılığında şam yeməyinə getməsindən söz açıb və diqqət çəkən etiraflar edib. Hadisəni anlayışla qarşılayan keçmiş model fikirlərini bu cür ifadə edib:
“Mən də həyat yoldaşımı göndərərəm, problem yoxdur. Getsin yeyib gəlsin, nə günahı var? Yeyib-içsin, qadınlarla söhbət etsin. Hesabınızda pulu gördükdən sonra qarışmayacaqsınız. Yemək daha uzun çəkə bilər. Zarafat edirəm, əlbəttə, amma ərimi şam yeməyinə göndərə bilərəm".
Şancının bu sözləri aparıcıları çox təəccübləndirib.
Türkan
Sfera.az