Sürətlə böyüyən qara dəlik aşkarlandı - Ölçüsü alimləri belə heyrətləndirir
Avstraliya Milli Universitetinin məlumatına görə, astronomlar son 9 milyard ildə ən sürətlə böyüyən qara dəliyi aşkar ediblər.
Sfera.az xəbər verir ki, dəlik qalaktikamızdan gələn bütün işıqlardan təxminən 7000 dəfə parlaqdır və 3 milyard günəş kütləsinə malikdir.
Avstraliya Milli Universitetinin aparıcı tədqiqatçısı dr. Kristofer Onken:
“Astronomlar 50 ildən artıqdır ki, bu cür obyektləri axtarırlar. Onlar minlərlə sönük obyekt tapıblar, lakin bu dərəcədə parlaq olanına əvvəllər rastlanmayıb", - deyib.
O, "J1144" adlı qara dəliyi “saman tayasında çox böyük və gözlənilməyən iynə” kimi təsvir edib.
Araşdırmanın həmmüəllifi Kristian Volf isə belə deyib: “Biz bu rekordun qırılmayacağına tam əminik. Bu kimi şeyləri gizlədə biləcəyimiz səmamız yoxdur".
Qrupun fikrincə, qaranlıq ərazidə yaxşı bir teleskopu olan hər kəs onu asanlıqla görə bilər.
Əzizə Zeynal
Sfera.az