“Azərbaycan MDB-dən ayrılmalıdır” – Rusiyanın son təklifinə REAKSİYA

“Azərbaycan MDB-dən ayrılmalıdır” – Rusiyanın son təklifinə REAKSİYA

Rusiyanın MDB-dəki nümayəndəsi Andrey Qrozov Minskdə çıxışı zamanı deyib ki, təşkilatın üzvü olan ölkələrin orta və ali təhsil müəssisələrində ortaq tarix tədris oluna bilər. Onun iddiasına görə, ehtimal edilən dərsliyin MDB üzvü olan bütün ölkələrdə tədris olunması nəzərdə tutulur.

 

Sfera.az-ın məlumatına görə, bununla bağlı danışan politoloq Elçin Mirzəbəyli deyib ki, Qrozov dərsliyin əsasən İkinci Dünya Müharibəsi dövrünü əhatə edəcəyini desə də, bu ad altında müstəqil dövlətlərin təhsil sisteminə öz imperiya ambisiyaları ilə qidalanan ideoloji zəhərlərini axıtmaq istəyirlər:

 

“Maraqlıdır, nə yazacaqlar  “ortaq tarix dərsliyinə”? Azərbaycan Xalq Cümhuriyyətinin necə süquta uğradığını və Vətənimizin necə işğal olunduğunu? Azərbaycanın görkəmli şəxsiyyətlərinin, düşünən beyinlərinin necə məhv edildiyini? Azərbaycanlıların öz doğma yurdlarından, o cümlədən indiki Ermənistan ərazisindən necə deportasiya edildiklərini?  Bəlkə 1990-cı ilin 20 yanvarında Bakıda dinc əhaliyə divan tutan “ordu”nun cinayətləri haqqında yazacaqlar? Bəlkə ermənilərlə birlikdə Xocalıda azərbaycanlılara qarşı bəşər tarixinin ən amansız qətliamlarından birini törədən 366-cı alay barəsində oçerklər uyduracaqlar? Bunlar deyəsən artıq MDB-ni də boyunduruğa çevirmək istəyirlər. Onsuz da sözügedən təsisatın yaranması haqqında razılaşmanın müddəaları sonradan qəbul edilən bir sıra sənədlərlə pozulub”.

 

Ekspert əlavə edib ki, MDB-nin bir sıra qurumları, o cümlədən Müdafiə nazirləri şurası, ölkəmizin prioritetlərinə uyğun deyil:

 

“Azərbaycan ikitərəfli hərbi əməkdaşlığa üstünlük verir və bloklara qoşulmur. Amma MDB-nin Müdafiə nazirləri şurası, katibliyi, MDB üzvü olan ölkələrin silahlı qüvvələrinin baş qərargah rəislərinin komitəsi, hərbi-texniki komitə, hava hücumundan müdafiə üzrə əlaqələndirmə komitəsi, müdafiə nazirliklərinin şəxsi heyətlə iş üzrə müvafiq qurumlarının rəhbərlərinin komitəsi, MDB üzvü olan ölkələrin silahlı qüvvələrinin rabitə rəislərinin əlaqələndimə komitəsi, topoqrafiya xidmətlərinin əlaqələndirmə komitəsi, radiasiya, kimyəvi və bioloji müdafiə, aviasiya, hərbi təhsil və digər istiqamətlər üzrə komitələr və digər alt qurumlar sübuta yetirir ki, hüquqi baxımdan MDB hərbi, siyasi, iqtisadi blokdur. Belə təsisatlar yalnız hərbi ittifaqlarda olur. Ermənistan istisna olmaqla, MDB üzvü olan ölkələrlə bütün istiqamətləri əhatə edən ikitərəfli müqavilələrimiz olduğu üçün, qənaətimə görə, bu təşkilatda qalmağın heç bir anlamı yoxdur. Yoxsa hər gün bir xəstə təşəbbüslə “qapımızı” döyəcəklər”.

 

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Müasir tibb inkişaf etmədiyi dövrlərdə komaya düşən insanlara nə edirdilər?

Qədim dövrlərdə komada olan insanlara necə davranıldığını heç düşünmüsünüzmü? Qədim dünyanın təbabəti bugünkü bildiyimizdən tamamilə fərqli idi. Bu şüursuzluq ə...

“Azərə donor tapılmışdı, sonra imtina gəldi”

Ötən gün dünyasını dəyişən aktyor Azər Baxşəliyevlə bağlı sənət yoldaşı İlkin Həsəni açıqlama verib.   Sfera.az xəbər verir ki, Xəzər TV-də qona...

Tramp Kanadanı ABŞ-yə qoşulmağa dəvət edib

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Kanadanın Baş naziri Castin Trüdonun istefası fonunda Kanadanın ABŞ-yə 51-ci ştat kimi qoşulmasını yenidən təklif ...

Daha bir aviaşirkət Rusiyaya uçuşları dayandırdı

Daha bir aviaşirkət Rusiyaya uçuşları dayandırıb.   Sfera.az xəbər verir ki, Qanot Şərq aviaşirkəti (Özbəkistan) Rusiyaya istiqamətlər də daxil olmaq...

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Azərbaycan-İran sərhədində zəlzələ olub.   Sfera.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədq...

ABŞ Konqresi prezident seçkilərində Trampın qələbəsini təsdiqlədi

ABŞ Konqresi birgə iclasında 5 noyabr 2024-cü il tarixində keçirilmiş prezident seçkilərinin nəticələrini təsdiqləyib. Seçkilərdə respublikaçı Donald Tramp qali...