Rusiya və Ukrayna müharibəsi ilə bağlı 3 ssenari – ABŞ ELAN ETDİ

Rusiya və Ukrayna müharibəsi ilə bağlı 3 ssenari – ABŞ ELAN ETDİ

Ukrayna hakimiyyəti Qərbi onlara daha çox silah, xüsusilə də haubitsa və raketlər göndərməyə çağırmaqda davam edir.

 

Sfera.az xarici mediaya istinadən bildirir ki, müharibədən əvvəl əhalisi 100 minə yaxın olan Severodonetsk şəhəri və ətrafındakı münaqişələr səbəbilə əhali sayı indi 12 minə düşüb.

 

ABŞ və Qərb kəşfiyyat rəsmiləri müharibənin uzunmüddətli nəticələrinin müəyyən ediləcəyi kritik bir mərhələyə daxil olduğuna inanırlar.

 

CNN-də nümayiş olunan təhlilə görə, bu, yüksək iqtisadi xərclərə və onların hərbi ehtiyatlarına təzyiqə baxmayaraq, Qərb hökumətlərini sərt qərarlar qəbul etməyə məcbur edə bilər.

 

Qərb rəsmiləri müharibə ilə bağlı üç mümkün ssenarini belə sıralayırlar:

 

Birincisi, Rusiya Ukraynanın şərqində qazanc əldə etməyə davam edə bilər.

 

İkincisi, müharibə aylarla və ya illərlə davam edə bilər. Bu da qlobal iqtisadiyyata yük olmaqda davam edən və hər iki tərəfdən böyük itkilərə səbəb olan böhrana gətirib çıxarır.

 

Rəsmilərin ən az ehtimal hesab etdiyi üçüncü ssenari də var: Rusiya müharibə məqsədlərini yenidən müəyyənləşdirə və qələbəni elan edə bilər.

 

Mənbələr bildirir ki, hələlik bu ssenari arzudan başqa bir şey kimi görünmür.

 

Lakin ABŞ rəsmiləri narahatdırlar ki, Rusiya Ukraynanın şərqində əldə etdiyi nailiyyətləri möhkəmləndirərsə, Rusiya Prezidenti Vladimir Putin digər bölgələrdə növbəti hücumları təşviq edəcək.

 

Əzizə Zeynal 
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Müasir tibb inkişaf etmədiyi dövrlərdə komaya düşən insanlara nə edirdilər?

Qədim dövrlərdə komada olan insanlara necə davranıldığını heç düşünmüsünüzmü? Qədim dünyanın təbabəti bugünkü bildiyimizdən tamamilə fərqli idi. Bu şüursuzluq ə...

“Azərə donor tapılmışdı, sonra imtina gəldi”

Ötən gün dünyasını dəyişən aktyor Azər Baxşəliyevlə bağlı sənət yoldaşı İlkin Həsəni açıqlama verib.   Sfera.az xəbər verir ki, Xəzər TV-də qona...

Tramp Kanadanı ABŞ-yə qoşulmağa dəvət edib

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Kanadanın Baş naziri Castin Trüdonun istefası fonunda Kanadanın ABŞ-yə 51-ci ştat kimi qoşulmasını yenidən təklif ...

Daha bir aviaşirkət Rusiyaya uçuşları dayandırdı

Daha bir aviaşirkət Rusiyaya uçuşları dayandırıb.   Sfera.az xəbər verir ki, Qanot Şərq aviaşirkəti (Özbəkistan) Rusiyaya istiqamətlər də daxil olmaq...

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Azərbaycan-İran sərhədində zəlzələ olub.   Sfera.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədq...

ABŞ Konqresi prezident seçkilərində Trampın qələbəsini təsdiqlədi

ABŞ Konqresi birgə iclasında 5 noyabr 2024-cü il tarixində keçirilmiş prezident seçkilərinin nəticələrini təsdiqləyib. Seçkilərdə respublikaçı Donald Tramp qali...