Bakı-Sumqayıt qatarı yolda qaldı - 40 dəqiqədən çoxdur...

Bakı-Sumqayıt qatarı yolda qaldı - 40 dəqiqədən çoxdur...

Bakı-Sumqayıt elektrik qatarının metronun “Dərnəgül” stansiyasının yaxınlığında 40 dəqiqədən çoxdur hərəkətsiz dayandığı bildirilir. 

 

Sfera.az xəbər verir ki, bu barədə jurnalist Natiq Cavadlı "Facebook" hesabında yazıb. O qeyd edib ki, hərəkətin dayanmasına səbəb işığın sönməsidir. Nəticədə qatarda olan sərnişinlər bu müddət ərzində istidə qalıblar. 

 

Məlumata görə, hazırda problemin nədən qaynaqlandığını aydınlaşdırmaq üçün araşdırma gedir.

 

 

 


OXŞAR XƏBƏRLƏR