FED-in sərt qərarı niyə dolları bahalaşdırmadı? – SƏBƏBLƏR

FED-in sərt qərarı niyə dolları bahalaşdırmadı? – SƏBƏBLƏR

Gözlənildiyi kimi, ABŞ mərkəzi bankı (FED) uçot dərəcəsində son 28 ilin ən yüksək artımına getdi. FED-in dünən qəbul etdiyi qərarla uçot dərəcəsi 0,75 faiz bəndi artırılaraq 1,5-1,75 səviyyəsinə çatdırılıb.

 

Sfera.az bildirir ki, faizlərin kəskin şəkildə artırılmasına baxmayaraq, dolların bahalaşması müşahidə edilməyib. ABŞ valyutasının aparıcı valyutalara qarşı ortaq məzənnə dəyərini göstərən Dollar İndeksi 104,8 səviyyəsində sabit qalıb.

 

Əslində, FED-in sərt qərarından sonra dolların bahalaşmayacağı gözlənilirdi. Çünki bu qərara qədər artıq dollarda bahalaşma baş vermişdi.

 

Bir qayda olaraq ABŞ birjaları FED-in qərarları ilə bağlı öncədən məlumatlı olduğundan dəyişikliklərə hazırlaşırlar. Bu dəfə də faizlərin artırılacağı öncədən bəlli olduğundan dollarda tədricən bahalaşma baş vermişdi. Təxminən son 2 həftə ərzində dolların məzənnəsi 3,4 faiz artdı ki, bu da böyük fərqdir.

 

FED-in qərarından sonra dolların bahalaşmamasının digər mühüm səbəbi Avropa Mərkəzi Bankının və digər aparıcı ölkələrin mərkəzi banklarının da oxşar addımı atacağına dair gözləntilərdir. Açıqlanan məlumatlar göstərir ki, yaxın günlərdə böyük iqtisadiyyata sahib ölkələrin mərkəzi bankları da faizləri yüksəldəcək. Artıq bəzi ölkələr belə bir addımı atıb. Buna görə də FED-in qərarı dolların məzənnəsinə ciddi təsir etməyib.

 

FED 2022-ci ilin sonuna qədər faizləri bir qədər də artıraraq 3,4 səviyyəsinə çatdıracağı gözlənilir. Faizlərin yüksəlməsi isə dolların hələ bir müddət baha olacağıdan xəbər verir.

 

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Müasir tibb inkişaf etmədiyi dövrlərdə komaya düşən insanlara nə edirdilər?

Qədim dövrlərdə komada olan insanlara necə davranıldığını heç düşünmüsünüzmü? Qədim dünyanın təbabəti bugünkü bildiyimizdən tamamilə fərqli idi. Bu şüursuzluq ə...

“Azərə donor tapılmışdı, sonra imtina gəldi”

Ötən gün dünyasını dəyişən aktyor Azər Baxşəliyevlə bağlı sənət yoldaşı İlkin Həsəni açıqlama verib.   Sfera.az xəbər verir ki, Xəzər TV-də qona...

Tramp Kanadanı ABŞ-yə qoşulmağa dəvət edib

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Kanadanın Baş naziri Castin Trüdonun istefası fonunda Kanadanın ABŞ-yə 51-ci ştat kimi qoşulmasını yenidən təklif ...

Daha bir aviaşirkət Rusiyaya uçuşları dayandırdı

Daha bir aviaşirkət Rusiyaya uçuşları dayandırıb.   Sfera.az xəbər verir ki, Qanot Şərq aviaşirkəti (Özbəkistan) Rusiyaya istiqamətlər də daxil olmaq...

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Azərbaycan-İran sərhədində zəlzələ olub.   Sfera.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədq...

ABŞ Konqresi prezident seçkilərində Trampın qələbəsini təsdiqlədi

ABŞ Konqresi birgə iclasında 5 noyabr 2024-cü il tarixində keçirilmiş prezident seçkilərinin nəticələrini təsdiqləyib. Seçkilərdə respublikaçı Donald Tramp qali...