Navalnı haradadır? – Putinin ən sərt tənqidçisi yoxa çıxdı

Navalnı haradadır? – Putinin ən sərt tənqidçisi yoxa çıxdı

Rusiyanın ən tanınmış dissidenti Aleksey Navalnı saxlandığı həbsxanadan  naməlum yerə aparılıb.

 

Sfera.az xəbər verir ki, Navalninin qərargah rəisi Leonid Volkov verdiyi açıqlamada Alekseyin hazırda harada olduğunu və hansı koloniyaya aparıldığını bilmədiyini deyib.

 

Qeyd edək ki, Navalni  11 ildən artıq həbs cəzasına məhkum edilib. 2021-ci ildə iki il yarımlıq həbs cəzası ilə həbsxanaya göndərilən rusiyalı dissident mart ayında saxtakarlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə daha 9 il müddətinə azadlıqdan məhrum edilib.

 

Ekstremist təşkilat yaratmaqda və hakimiyyətə qarşı nifrət oyatmaqda ittiham olunan Navalniyə ötən ay yeni cinayət işi açılıb və onu daha 15 il həbs cəzası gözləyir.

 

Navalni Rusiyanın mart ayında Ukraynaya müdaxiləsini pisləyib və Prezident Vladimir Putini “dəli çar” adlandırıb.

 

O, dəmir barmaqlıqlar arxasında iştirak etdiyi məhkəmə iclasında belə deyib: “Müharibə Rusiya vətəndaşlarının qarətini ört-basdır etmək və onların diqqətini ölkənin daxili problemlərindən yayındırmaq üçün idi”. Rus dissident, həmçinin işğalın "axmaqlıq" olduğunu və "yalanlar üzərində qurulduğunu" qeyd edib.


Navalnı cəzasını Moskvadan 119 km şərqdə, Pokrovda birbaşa 2 saylı İslah Müəssisəsi adlanan həbsxanada çəkirdi. Regional həbsxana nəzarətçisi Sergey Yazhan sonradan Navalnının Moskvadan təxminən 250 km şərqdə, Vladimir yaxınlığındakı Melexovodakı IK-6 cəza koloniyasına göndərildiyini söyləyib, lakin bu, təsdiqlənməyib.

 

Əzizə Zeynal
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Müasir tibb inkişaf etmədiyi dövrlərdə komaya düşən insanlara nə edirdilər?

Qədim dövrlərdə komada olan insanlara necə davranıldığını heç düşünmüsünüzmü? Qədim dünyanın təbabəti bugünkü bildiyimizdən tamamilə fərqli idi. Bu şüursuzluq ə...

“Azərə donor tapılmışdı, sonra imtina gəldi”

Ötən gün dünyasını dəyişən aktyor Azər Baxşəliyevlə bağlı sənət yoldaşı İlkin Həsəni açıqlama verib.   Sfera.az xəbər verir ki, Xəzər TV-də qona...

Tramp Kanadanı ABŞ-yə qoşulmağa dəvət edib

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Kanadanın Baş naziri Castin Trüdonun istefası fonunda Kanadanın ABŞ-yə 51-ci ştat kimi qoşulmasını yenidən təklif ...

Daha bir aviaşirkət Rusiyaya uçuşları dayandırdı

Daha bir aviaşirkət Rusiyaya uçuşları dayandırıb.   Sfera.az xəbər verir ki, Qanot Şərq aviaşirkəti (Özbəkistan) Rusiyaya istiqamətlər də daxil olmaq...

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Azərbaycan-İran sərhədində zəlzələ olub.   Sfera.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədq...

ABŞ Konqresi prezident seçkilərində Trampın qələbəsini təsdiqlədi

ABŞ Konqresi birgə iclasında 5 noyabr 2024-cü il tarixində keçirilmiş prezident seçkilərinin nəticələrini təsdiqləyib. Seçkilərdə respublikaçı Donald Tramp qali...