72 milyonluq hotellə bağlı elan silindi - SƏBƏB

72 milyonluq hotellə bağlı elan silindi - SƏBƏB

Bakının mərkəzində yerləşən dəbdəbəli dördulduzlu hotelin satışa çıxarıldığı barədə xəbər vermişdik.

 

Sfera.az bildirir ki, bu barədə elan saytlarından birində paylaşılan məlumat artıq silinib.

 

Ehtimal ki, buna həmin elanın həm ənənəvi mediada işıqlandırılması, həm də sosial şəbəkələrdə geniş müzakirə edilməsi səbəb olub.

 

Xatırladaq ki, elanda “Qafqaz Baku City Hotel & Recidence” hotelinin 72 milyon 750 min manata satıldığı bildirilirdi.

 

Kompleksə 17 mərtəbədə yerləşən 317 otaq, 9 yüksək komfortlu mənzil, habelə fiziki məhdudiyyətli şəxslər üçün nəzərdə tutulan 2 otaq daxildir.

“Gilan Holding”ə məxsus olan “Qafqaz” hotellər şəbəkəsinə 12 hotel daxildir. 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR