Azərbaycanın satdığı məhsullar 76 faiz bahalaşdı - SİYAHI

Azərbaycanın satdığı məhsullar 76 faiz bahalaşdı - SİYAHI

Bu ilin əvvəlindən dünyada əmtəə qiymətlərinin sürətlə yüksəlməsi Azərbaycanın ixrac etdiyi məhsulların da dəyərinin kəskin artmasına səbəb olub.

 

Sfera.az xəbər verir ki, yanvar-aprel ayları ərzində ölkəmizdən ixrac edilən malların dəyəri orta hesabla 76 faiz bahalaşıb.

 

Qiymət artımları Azərbaycanın əsas ixrac məhsullarında daha böyük olub. Ölkəmizdən əsasən xam neft, təbii qaz və neft məhsulları ixraca gedir. Bu məhsulların dəyəri təxminən 91 faiz yüksəlib. Buna görə də 2022-ci ilin ilk aylarında ixracdən əldə etdiyimiz gəlir kəskin şəkildə artıb.

 

Bahalaşma sürətinə görə ilk sırada isə gübrələr dayanır. Bu il satdığımız gübrələrin qiyməti 2 dəfədən çox artıb. Gübrə və neft-qaz məhsullarından başqa kosmetik vasitələrdə (68 faiz), şüşələrdə (62,4 faiz), ipək məhsullarında (61,4 faiz), kağız məmulatlarında (48 faiz), alkoqollu içkilərdə (36 faiz) də yüksək bahalaşma olub.

 

Qeyd edək ki, yanvar-aprel ayları ərzində idxal edilən mallarda bahalaşma orta hesabla 20,3 faiz təşkil edib.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR