Türkiyə-Yunanıstan münasibəti yeni xaosa sürüklənir: Səhnə arxasında kimlər var?

Türkiyə-Yunanıstan münasibəti yeni xaosa sürüklənir: Səhnə arxasında kimlər var?

“Yunanıstan xüsusilə ABŞ-da Türkiyəyə qarşı formalaşmış qüvvələrin,  lobbilərin və digərlərinin dəstəyinə güvənib Türkiyəyə qarşı sərt mövqe tutaraq kəskin ritorikadan istifadə edir”.

 

Sfera.az bildirir ki, bunu ekspert Elman Sadıqov deyib. O bildirib ki, səhnə arxasında bu vəziyyətdən istifadə edən qüvvələr, xüsusilə seçki öncəsi Türkiyə ilə ciddi bazarlığa girərək özləri üçün sərfəli şərtlər əldə etməyə çalışırlar:

 

“Burada sui-istifadə olunan 2 amil var: subyektiv amil Yunanıstan, obyektiv şərait isə qarşıdan gələn prezident seçkisidir. Digər tərəfdən, önəmli olan və Türkiyənin əl-qolunu nisbətən bağlayıb manevr imkanlarını məhdudlaşdıran daha iki əsas amil mövcuddur. Birincisi, Rusiya amili, ikincisi isə Türkiyədə yaranmış iqtisadi vəziyyət. ABŞ Rusiyaya qarşı barışmaz mövqeyini davam etdirir. Rusiyanın qırmızı xətləri keçdiyini müxtəlif səviyyələrdə səsləndirirlər. Aydındır ki, Rusiyaya qarşı formalaşmış bu mövqeyin əsas səbəbi Rusiyanın ABŞ-da prezident seçkilərinə iddia olunan kiber müdaxiləsidir. ABŞ-ın və orada olan böyük güclərin belə bir müdaxiləni bağışlayacaqlarını düşünmək ABŞ-ı tanımamaq deməkdir. İddia olunan bu müdaxilə əslində düşünüləndən daha dərin iz və reaksiya doğurub. ABŞ öz mövqeyini sərtləşdirdikcə Türkiyənin Rusiya-Ukrayna məsələsində həlledici rolu və vasitəçilik missiyası da zəifləyir. İndi Türkiyə konseptual həll yolunda deyil, fraqmental məsələlərin - Ukrayna taxılının dünya bazarına Qara Dəniz limanlarından Türkiyə vasitəsilə çıxarılması - həllində daha çox görünür. Rusiyanın görünəndən də daha dərin və təhlükəli bataqlığa düşməsi səbəbindən hətta manevr xatirinə də olsa Rusiya ilə yaxınlaşmağın ciddi risk və təhlükə daşıdığını hamı bilir. ABŞ-da olan qüvvələr də, Yunanıstan da və sair”.

 

Ekspert qeyd edib ki, Türkiyənin imkanlarını nisbətən genişləndirən amillər də mövcuddur:

 

"Bunlar Britaniya və digər bir çox dövlətlərlə olan ilıq münasibətlər, İsrail ilə əməkdaşlığa söykənən münasibətlərin getdikcə açıq müstəviyə keçməsi, Türkiyənin Yaxın Şərq məsələlərində oynadığı rol, NATO üzvü olması, güclü ordusu, Türkiyə prezidentinin təcrübəsi, Türkiyəyə qarşı açıq düşmənçiliyin həmin düşmənçiliyi aparacaq ölkələr üçün riskli olacağı və digər amillərdir. Hər bir halda dünyada bir çox məsələlərin həlli üçün bundan sonrakı dövrdə müxtəlif regionlarda, dövlətlərdə, iqtisadi sektorlarda xaosların yaranacağı istisna deyil. Lakin, NATO üzvü olub regionda önəmli açar rolunu oynayan Türkiyənin bu xaosun içərisinə sürüklənəcəyi ehtimalı çox aşağıdır. Türkiyə prezidentinin təcrübəsi bu məsələlərin həllində xüsusilə seçki öncəsi önəmli rol oynacaq”.

 

Günay Rəsulqızı

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bəzi ərazilərdə görünüş məhdudlaşdı - FAKTİKİ HAVA

Azərbaycanda yanvarın 8-i saat 9:00-a olan məlumata əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin Bakıda və Abşeron yarımadasında, eyni zam...

Bakı-Kazan-Bakı aviareysi ləğv edildi - RƏSMİ

"Azərbaycan Hava Yolları" QSC (AZAL) bu günə planlaşdırdığı Bakı-Kazan-Bakı reysini ləğv edib.   Sfera.az AZAL-a istinadən xəbər verir ki, ...

Könül Nurullayevaya ağır itki

Milli Məclisin deputatı Könül Nurullayevaya ağır itki üz verib.   Sfera.az xəbər verir ki, millət vəkilinin anası Sevər Cabbarlı dünyasını dəyişib. ...

Azərbaycanın üç gəmisinin Afrikada saxlanılması ilə bağlı RƏSMİ AÇIQLAMA

Dövlət Dəniz və Liman Agentliyi (DDLA) Azərbaycana məxsus 3 gəmi heyəti ilə birlikdə Afrikada, Eritreya sahillərində saxlanılması məsələsi ilə bağlı açıqlama ya...

Britaniyada FÖVQƏL VƏZİYYƏT: xəstəxanalar viruslu xəstələrlə doldu

Böyük Britaniya xəstəxanaları qrip və digər virus xəstəlikləri olan xəstələrin axını ilə doludur.   Sfera.az xəbər verir ki, b barədə Britaniya mətbu...

Sürücülərin NƏZƏRİNƏ:Bakıda 16 istiqamət üzrə sıxlıq müşahidə edilir

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.   Sfera.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM...