Azərbaycanda əhalinin ərzaq xərcləri sürətlə artır - SƏBƏBLƏR

Azərbaycanda əhalinin ərzaq xərcləri sürətlə artır - SƏBƏBLƏR

Bu il ərzaq mallarının qiymətində yüksək artımın olması əhalinin ticarət xərclərində qida məhsullarının payının bir qədər də artması ilə nəticələnib.

 

Sfera.az xatırladır ki, ötən ilin yanvar-may ayları ərzində ərzaq mallarının alınmasına 7 milyard 538 milyon manata yaxın pul xərclənmişdi.

 

Bu il xərclənən pul 1 milyard 679 milyon manat artaraq 9 milyard 217 milyon manata çatıb. Müqayisə göstərir ki, əhalinin ərzaq xərcləri orta hesabla hər ay 336 milyon manat və ya 22,3 faiz artıb.

 

Ərzağa çəkilən xərcin bu qədər çox artması 2 əsas amillə əlaqəlidir.

 

Birinci əsas amil yüksək qiymət artımlarıdır. 2022-ci ilin ilk 5 ayında qida malları 18,5 faiz bahalaşıb. Bu o deməkdir ki, əhali eyni miqdarda olan ərzağın alınmasına yalnız bahalaşmaya görə 18,5 faiz artıq pul ödəyib. Məsələn, ötən il 100 manat dəyərində olan bir səbətin qiyməti orta hesabla 118,5 manata yüksəlib.

 

İkinci əsas amil bu il ərzağa tələbin güclənməsidir. Ərzağa tələbi gücləndirən səbəblər isə özlüyündə 3 alt səbəblə bağlıdır. 2022-ci ildə əhalinin sayının artmasının davam etməsi, ölkəmizə gələn turistlərin sayının artması və real gəlirlərin artması ərzağa tələbi gücləndirib.

 

Müqayisə göstərir ki, əhalinin ərzaq xərclərinin artmasında birinci əsas səbəb daha çox rol oynayıb. Belə ki, əhalinin ötən il 100 manat olan ərzaq xərcinin bu il 122,3 manata yüksəlməsinin 18,5 manatı inflyasiya, 3,8 manatı isə ikinci qrup amillərlə bağlıdır. Deməli, bu il yüksək inflyasiya olmasaydı, ərzaq mallarına çəkilən xərc əhali sayında, turist sayında və gəlirlərdə artıma baxmayaraq kəskin şəkildə yüksəlməyəcəkdi.

 

Ərzağa çəkilən xərcin artması sayəsində əhalinin ticarət xərclərində onun payı 52,1 faizə yüksəlib. Bura içki və siqaretə çəkilən xərci də əlavə etdikdə bu qrup xərclərin payı 57 faizi ötür.

 

Pərakəndə ticarət xərclərində bu qrup xərclərin payının 57 faizi ötməsi yaxşı əlamət deyil. Çünki bu xərcləri əhali azalda bilmədiyindən məcbur qalıb, digər xərclərdə, o cümlədən qeyri-ərzaq və hətta pullu xidmətlərə çəkilən xərclərdə azalmaya gedir. Digər xərclərin azaldılması isə insanların həyat səviyyəsinə mənfi təsir göstərir.

 

Vasif

Sfera.az 


OXŞAR XƏBƏRLƏR

Bəzi ərazilərdə görünüş məhdudlaşdı - FAKTİKİ HAVA

Azərbaycanda yanvarın 8-i saat 9:00-a olan məlumata əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin Bakıda və Abşeron yarımadasında, eyni zam...

Bakı-Kazan-Bakı aviareysi ləğv edildi - RƏSMİ

"Azərbaycan Hava Yolları" QSC (AZAL) bu günə planlaşdırdığı Bakı-Kazan-Bakı reysini ləğv edib.   Sfera.az AZAL-a istinadən xəbər verir ki, ...

Könül Nurullayevaya ağır itki

Milli Məclisin deputatı Könül Nurullayevaya ağır itki üz verib.   Sfera.az xəbər verir ki, millət vəkilinin anası Sevər Cabbarlı dünyasını dəyişib. ...

Azərbaycanın üç gəmisinin Afrikada saxlanılması ilə bağlı RƏSMİ AÇIQLAMA

Dövlət Dəniz və Liman Agentliyi (DDLA) Azərbaycana məxsus 3 gəmi heyəti ilə birlikdə Afrikada, Eritreya sahillərində saxlanılması məsələsi ilə bağlı açıqlama ya...

Britaniyada FÖVQƏL VƏZİYYƏT: xəstəxanalar viruslu xəstələrlə doldu

Böyük Britaniya xəstəxanaları qrip və digər virus xəstəlikləri olan xəstələrin axını ilə doludur.   Sfera.az xəbər verir ki, b barədə Britaniya mətbu...

Sürücülərin NƏZƏRİNƏ:Bakıda 16 istiqamət üzrə sıxlıq müşahidə edilir

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.   Sfera.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM...