Meymunçiçəyi virusunun əlamətləri dəyişdi - Həkimlərdən XƏBƏRDARLIQ

Meymunçiçəyi virusunun əlamətləri dəyişdi - Həkimlərdən XƏBƏRDARLIQ

Meymunçiçəyi virusunun əlamətləri dəyişib.

 

Sfera.az bildirir ki, bu barədə ABŞ-ın aparıcı səhiyyə müəssisələrindən biri olan Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) məlumat yayıb.

 

Qurum tibb işçilərinə xəstələrdə fərqli əlamətlərə diqqət edilməsi barədə xəbərdarlıq edib: “Meymunçiçəyinin simptomları keçmişdə Afrikada müşahidə olunanlardan fərqli olmağa başlayır”.

 

CDC direktoru Roçel Valensk fikirlərini bu cür ifadə edib:

 

"Bəzi yeni hallarda, insanların bütün bədəninə yayılan qızartı və blisterlər əvəzinə sızanaq kimi qabarıqlar və deformasiyalar meydana gələ bilər. Ümumiyyətlə, meymunçiçəyi yüngül formada olur və bədənin bəzi yerlərində baş verir. Ancaq Qərbi və Mərkəzi Afrikada görülən xəstəliklərin klassik əlamətlərindən fərqli əlamətlər görülür. Bu, bir çox xəstənin diqqətdən kənarda qala biləcəyini və ya diaqnoz qoyulmadığını sübut edir. Bu xəstəlik adətən üzdə, əllərdə və qollarda qabarcıqlarla özünü göstərir. Amma son zamanlar xəstələrin cinsiyyət orqanlarında və anus ətrafında qabarcıqlar əmələ gəlir, daha sonra qripə bənzər əlamətlər yaranır, bəzi hallarda isə qripə bənzər əlamətlər görünmür”.

 

ABŞ-da bəzi xəstələrin düz bağırsağında ağrı və iltihab hiss etdiyi bildirilərkən, bunun keçmişdə meymunçiçəyi xəstəliyində müşahidə edilmədiyi də qeyd edilib. Pensilvaniya Universitetinin əməkdaşı Stüart İsaaks, “Qərbi Afrika variantı xəstəliyin daha yüngül olmasına səbəb ola bilər. Ancaq bədəninizdə az da olsa qızartı və qabarcıqlar varsa, xəstə ola bilərsiniz. Regional lezyonlara diqqət yetirməlisiniz. Xəstəliyin ötürülmə üsulundan asılı olaraq simptomların da fərqli ola bilər”, - deyə söyləyib.

 

Qeyd edək ki, ilk dəfə 1970-ci illərdə Konqo Demokratik Respublikasında insanlarda görülən virus, son 10 ildə Qərbi Afrikada kəskin şəkildə artıb. Xəstəlik üzdə və bədənin qalan hissəsində dəri səpgiləri ilə özünü göstərir, həmçinin qızdırma və baş ağrısı kimi əlamətlərə səbəb olur. Çiçək xəstəliyi ilə eyni virus ailəsindən olan meymunçiçəyi virusu daha az ölümcüldür, lakin onun iki növündən biri olan Konqo variantında ölüm nisbəti 10 faizə çatır.

 

Günay Rəsulqızı

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bəzi ərazilərdə görünüş məhdudlaşdı - FAKTİKİ HAVA

Azərbaycanda yanvarın 8-i saat 9:00-a olan məlumata əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin Bakıda və Abşeron yarımadasında, eyni zam...

Bakı-Kazan-Bakı aviareysi ləğv edildi - RƏSMİ

"Azərbaycan Hava Yolları" QSC (AZAL) bu günə planlaşdırdığı Bakı-Kazan-Bakı reysini ləğv edib.   Sfera.az AZAL-a istinadən xəbər verir ki, ...

Könül Nurullayevaya ağır itki

Milli Məclisin deputatı Könül Nurullayevaya ağır itki üz verib.   Sfera.az xəbər verir ki, millət vəkilinin anası Sevər Cabbarlı dünyasını dəyişib. ...

Azərbaycanın üç gəmisinin Afrikada saxlanılması ilə bağlı RƏSMİ AÇIQLAMA

Dövlət Dəniz və Liman Agentliyi (DDLA) Azərbaycana məxsus 3 gəmi heyəti ilə birlikdə Afrikada, Eritreya sahillərində saxlanılması məsələsi ilə bağlı açıqlama ya...

Britaniyada FÖVQƏL VƏZİYYƏT: xəstəxanalar viruslu xəstələrlə doldu

Böyük Britaniya xəstəxanaları qrip və digər virus xəstəlikləri olan xəstələrin axını ilə doludur.   Sfera.az xəbər verir ki, b barədə Britaniya mətbu...

Sürücülərin NƏZƏRİNƏ:Bakıda 16 istiqamət üzrə sıxlıq müşahidə edilir

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.   Sfera.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM...