\"İki həftə ərzində həll yolu tapılmasa...\" - İsveçin Baş nazirindən Türkiyə ilə bağlı VACİB AÇIQLAMA
12:37 / 15.06.2022
2424
İsveçin Baş naziri Maqdalena Andersson Türkiyə ilə İsveç arasında aparılan NATO danışıqları ilə bağlı açıqlamalar verib.
Sfera.az bildirir ki, Maqdalena Andersson NATO prosesində intensiv işlərin davam etdiyini və problem həll olunana qədər Türkiyə ilə dialoqun davam etdirilməsini səbirsizliklə gözlədiyini deyib. O, Türkiyə ilə İsveç arasında aparılan NATO danışıqlarına toxunub. Marin, həmçinin iki həftə sonra Madriddə keçiriləcək NATO zirvəsinə qədər Türkiyə ilə problemli məsələlərin həllinə nail olunmasının vacib olduğunu vurğulayıb.
O, iki həftə ərzində həll tapılmazsa, prosesin dondurulma riskinin olduğunu qeyd edib.
Əzizə Zeynal
Sfera.az