ÜST meymunçiçəyi virusunun adını dəyişdirir - SƏBƏB

ÜST meymunçiçəyi virusunun adını dəyişdirir - SƏBƏB

Ümumdünya Səhiyyə Təşkilatı meymunçiçəyi virusunun adını rəsmi olaraq dəyişdirəcək.

 

Sfera.az bildirir ki, buna səbəb kimi irqçilik və ayrı-seçkiliyə səbəb ola biləcək narahatlıqların yaranmasıdır. ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus bunun üçün dünyanın müxtəlif ölkələrindən olan tərəfdaşları və mütəxəssisləri ilə birlikdə işlədiklərini və təşkilatın ən qısa zamanda yeni adlar barədə açıqlamalar verəcəyini bildirib.

 

Qeyd edək ki,  ötən həftə 30-dan çox beynəlxalq alim meymunçiçəyi adının "ayrı-seçkilik və stiqmatlaşdırıcı" olduğunu, təcili olaraq adın dəyişdirilməsinə ehtiyac yarandığını bəyan etmişdi. Eyni zamanda elm adamları xəstəlik adlarında coğrafi bölgələrdən, o cümlədən heyvan adlarından qaçınmalı olunduğunu vurğulamışdılar.

 

Xatırladaq ki,  Ümumdünya Səhiyyə Təşkilatının son bəyanatına görə, bütün dünyada, əsasən də xəstəliyin endemik olmadığı Qərbi Avropa ölkələrində təxminən 1300 meymunçiçəyi hadisəsi aşkar edilib.

 

Günay Rəsulqızı

Sfera.az


OXŞAR XƏBƏRLƏR