"Netflix" "Squid Game"i reallığa çevirəcək: 456 nəfər axtarılır - Mükafat 4,5 milyon dollardır

"Netflix" platforması real  "Squid Game" yarışma proqramı çəkir.

 

Sfera.az bildirir ki, platforma Koreya istehsalı olan serialdan ilhamlanan şou üçün müraciətləri qəbul etməyə başlayıb.

 

Qeyd olunub ki, serialdan fərqli olaraq, müsabiqə iştirakçılarının həyatı təhlükə altında olmayacaq, ən pis ssenaridə onlar evə “əliboş” qayıdacaqlar. Yarış üçün dünyanın hər yerindən 456 oyunçu seçiləcək. “Bu, realiti şou tarixində ən izdihamlı və ən böyük pulun qazanıldığı şou olacaq. İştirakçılar orijinal seriyalardan ilhamlanaraq yeni yarışmalarda mübarizə apardıqca, onların strategiyaları, tərəfdaşlıqları və personajları da sınaqdan keçiriləcək, qalanlar isə oyundan kənarlaşdırılacaq”, - deyə "Netflix"in açıqlamasında qeyd olunub.

 

Bildirilib ki, müsabiqədə iştirak etmək üçün ən azı 21 yaşında olmaq, ingilis dilini bilmək və  2023-cü ilin ilk aylarında 4 həftəlik çəkilişlərə hazır olmaq lazımdır. Mükafatın 4,5 milyon dollar olacağı əlavə edilib.

 

Qeyd edək ki, "Squid Game" "Netflix"in bu günə qədər ən çox baxılan seriallarından olub. 2021-ci ilin sentyabrında yayımlanan seriaı  ilk 28 gündə 111 milyon istifadəçi tərəfindən izlənilib.

 

Günay Rəsulqızı

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Prezident və birinci xanım Arif Babayevin vida mərasiminə əklil göndərdi – FOTO

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Arif Babayevin vida mərasiminə əklil göndəriblər.   Sfera.az xəb...

Arif Babayevlə vida mərasimi keçirilir

Xalq artisti Arif Babayevlə Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçirilir.   Sfera.az xəbər verir ki, mərasimdə mədəniyyət naziri Adil Kərimli ...

Abşeronda fəhlə faciəvi şəkildə öldü

Abşeronda 48 yaşlı fəhlə hündürlükdən yıxılaraq ölüb.   Sfera.az xəbər verir ki, hadisə Xırdalan şəhərində yerləşən inşası davam edən çoxmərtəbəli bi...

Politoloq Ceyhun Osmanlı: "Hər kəsə Arif Babayev kimi dünyadan köçməyi arzu edirəm"

Arif Babayev rəhmətə getdi! Gedən cismidir, sənəti tələbələri vasitəsilə yaşayır və ruhu Azərbaycan xalqı olduqca yaşayacaq. Ən çətin günlərimizdə Azərbaycan mə...

Gülay Zeynallı: “Sənət tərbiyəmi, xeyir-duamı siz verdiniz” - FOTO

Müğənni Gülay Zeynallı bu gün vəfat edən Xalq artisti Arif Babayevin xatirəsini sosial şəbəkədə yad edib.   Sfera.az xəbər verir ki, o, sənətkarın ev...

2025-ci ildə dünyasını dəyişən incəsənət xadimləri - ADLAR

2025-ci il Azərbaycan incəsənəti üçün sarsıdıcı itkilərlə yadda qaldı. İlin əvvəlindən bəri ölkənin musiqi, kino, teatr və sənətşünaslıq sahəsində tanınmış sima...