Qala divarları üzərində “Z” hərfinin yazılması məsələsinə RƏSMİ REAKSİYA

Qala divarları üzərində “Z” hərfinin yazılması məsələsinə RƏSMİ REAKSİYA

13 iyun 2022-ci il tarixində kütləvi informasiya vasitələrində İçərişəhərin Qala divarları üzərində vandalizm aktı törədildiyi barədə məlumatlar yayılıb.

 

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Sfera.az-a bildirilib ki, qeyd olunan məlumatlar həqiqəti əks etdirmir.

 

Belə ki, sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində qeyd olunan yazı Qala divarlarının üzərində deyil, 1-ci Qəsr döngəsi 84 ünvanında yerləşən fərdi yaşayış evinin qapısı üzərində yazılıb və bununla da İçərişəhərin heç bir abidəsinə zərər yetirilməyib.

 

Hadisəni törədən şəxs Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

 

Saxlanılan şəxs barəsində aidiyyəti üzrə tədbirlər görülüb.

 

Xatırladaq ki, bu gün bir sıra kütləvi informasiya vasitələrində “İçərişəhər” DTMQ qala divarında Rusiyanın Ukraynadakı “xüsusi əməliyyatı”na dəstəyin rəmzi olan “Z” hərfi çəkildiyi bildirilib.


OXŞAR XƏBƏRLƏR

60 il əvvəl məişət zorakılığından qaçan qadın tapıldı - FOTO

Amerika Birləşmiş Ştatlarında altmış ildən artıqdır itkin düşən 82 yaşlı Odri Beykberq tapılıb. Məlum olub ki, o, ərinin törətdiyi məişət zorakılığından qaçıb. ...

"Saxta canavar" əməliyyatı: Polis Ledi Qaqanın konsertində terror hücumunun qarşısını aldı

Braziliya polisi terror aktına cəhddə şübhəli bilinən şəxsləri həbs edib.   Sfera.az bildirir ki, polis Rio-de-Janeyrodakı Kopakabana çimərliyində &ldq...

Lotereyadan 167 milyon dollar qazadı, 4 gün sonra həbs olundu

ABŞ vətəndaşı Ceyms Fartinq adlı şəxs anasına 2 dollara lotereya bileti alıb. Aprelin 26-da o, 167,3 milyon dollar udduğunu öyrənib. İki gün sonra, aprelin 28-...

Uinston Çörçilin Londondakı mənzili 5 milyon dollara satışa çıxarılıb - FOTOLAR

Böyük Britaniyanın paytaxtı Londonda keçmiş baş nazir Uinston Çörçilin iqamətgahı 5 milyon dollara satışa çıxarılıb.   Sfera.az bildirir ki, iki otaq...

Nazarbayevin xanımı xəstəxanaya yerləşdirildi

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevın xanımı Sara Nazarbayeva xəstəxanaya yerləşdirilib.   Sfera.az bu barədə yerli mediaya istinadə...

Bu ölkədə 5,7 bal gücündə zəlzələ oldu

​​​​​Meksikada 5,7 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.  ...