Azərbaycanda meymunçiçəyinə qarşı vaksinasiya olacaq? - AÇIQLAMA

Azərbaycanda meymunçiçəyinə qarşı vaksinasiya olacaq? - AÇIQLAMA

Avropa İttifaqı ölkələri meymuçiçəyinə qarşı vaksin almaqla bağlı müqavilə imzalayıb. Müqaviləyə əsasən, 10 min doza meymunçiçəyi vaksin alınacaq.

 

Maraqlıdır, Azərbaycanda da  qarşıdakı günlərdə bu vaksinasiyaya gərək duyula bilərmi? Önləm olaraq sözügedən vaksinin tətbiqi mümkündür?

 

Məsələ ilə bağlı Sfera.az-a danışan infeksionist Nicat Əzimli ölkədə vaksin stoklarının hazırlana biləcəyini bildirib:

 
“Koronavirus pandemiyasına hazırlıqsız yaxalanmaq dünya ölkələrini və dünyəvi səhiyyə qurumlarını meymunçiçəyi kimi xəstəliklərlə bağlı indiki dönəmdə daha diqqətli olmağa, vaxtında tədbirlər görməyə vadar edir. Buna görə də düşünürəm ki, hər nə qədər meymunçiçəyinin gələcəkdə ciddi problem yaratmayacağı düşünülsə də, bununla mübarizə üçün hazırlıqların aparılması müsbət qiymətləndirilməlidir. Bu gün Azərbaycanda əhaliyə meymunçiçəyi ilə bağlı vaksinasiya tətbiq olunması üçün heç bir zərurət olmadığı da nəzərə alınmaqla birlikdə, gələcəkdə hər bir ehtimala hazır olmaq üçün vaksin stoklarının hazırlanması düşünülə bilər”.

 

N.Əzimli vəziyyətin hansı şəkildə dəyişəcəyinin qeyri-müəyyən olduğunu deyib:

 

“Vəziyyətin necə dəyişəcəyi haqda indilik heç nə demək mümkün deyil. Ona görə ki, ÜST belə bunun haqda fikir bildirmək üçün zamana ehtiyac olduğunu qeyd edir”.

 
Əzizə Zeynal 
Sfera.az


OXŞAR XƏBƏRLƏR