Rus modeldən inanılmaz dələduzluq - Milyarderin ad gününə qatılmaq üçün elə bir yalan danışıb ki...

Rus modeldən inanılmaz dələduzluq - Milyarderin ad gününə qatılmaq üçün elə bir yalan danışıb ki...

Rus model və aktrisa İeva Andrejevaite müzakirə obyektinə çevrilib.

 

Sfera.az bildirir ki, buna səbəb modelin milyarderin ad gününə getmək üçün özünü ukraynalı qaçqın kimi göstərməsi olub. 

 

İngiltərənin “Daily Star” qəzetində çıxan xəbərə görə, 34 yaşlı qadın aprelin 28-də Cənubi Afrikanın Keyptaun Beynəlxalq Hava Limanına gələndə vizası olmadığı üçün ölkəyə buraxılmayıb. Andrejevaite daha sonra ölkəyə daxil olmaq üçün ukraynalı sığınacaq axtaran şəxs olduğunu bildirib. Nəticədə o, milyarder Rob Hersovun ölkədə təşkil etdiyi ad günü şənliyinə qatıla bilib. Lakin məclisdə çəkilən fotolar üzə çıxandan sonra dələduzluğunun üstü açılıb.


Eyni xəbərə görə, fotoları ortaya çıxandan sonra rus aktrisa deportasiya edilib. Cənubi Afrika Daxili İşlər Nazirliyinin sözçüsü Siya Qoza mövzu ilə bağlı açıqlamasında, "Müharibədən qaçan ukraynalı olduğunu bəyan etdikdən sonra onun beş gün ərzində sığınacaq istəməsi şərti ilə ölkəyə girişinə icazəsi verilib. 2002-ci il İmmiqrasiya Aktı əsasında lazımi qaydada  sığınacaq vizası alıb. Lakin Andrejevaite ölkəyə daxil olmaq üçün bu yalanı danışdıqdan sonra lazımi müraciəti etməyib”.

Türkan 
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Arif Babayevlə vida mərasimi keçirilir

Xalq artisti Arif Babayevlə Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçirilir.   Sfera.az xəbər verir ki, mərasimdə mədəniyyət naziri Adil Kərimli ...

Abşeronda fəhlə faciəvi şəkildə öldü

Abşeronda 48 yaşlı fəhlə hündürlükdən yıxılaraq ölüb.   Sfera.az xəbər verir ki, hadisə Xırdalan şəhərində yerləşən inşası davam edən çoxmərtəbəli bi...

Politoloq Ceyhun Osmanlı: "Hər kəsə Arif Babayev kimi dünyadan köçməyi arzu edirəm"

Arif Babayev rəhmətə getdi! Gedən cismidir, sənəti tələbələri vasitəsilə yaşayır və ruhu Azərbaycan xalqı olduqca yaşayacaq. Ən çətin günlərimizdə Azərbaycan mə...

Gülay Zeynallı: “Sənət tərbiyəmi, xeyir-duamı siz verdiniz” - FOTO

Müğənni Gülay Zeynallı bu gün vəfat edən Xalq artisti Arif Babayevin xatirəsini sosial şəbəkədə yad edib.   Sfera.az xəbər verir ki, o, sənətkarın ev...

2025-ci ildə dünyasını dəyişən incəsənət xadimləri - ADLAR

2025-ci il Azərbaycan incəsənəti üçün sarsıdıcı itkilərlə yadda qaldı. İlin əvvəlindən bəri ölkənin musiqi, kino, teatr və sənətşünaslıq sahəsində tanınmış sima...

Prezident və Birinci xanım Arif Babayevin vəfatı ilə bağlı nekroloq imzalayıblar

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Arif İmran oğlu Babayevin vəfatı ilə bağlı nekroloq imzalayıblar.   Sfera.az xəbər verir ki,...