Röya pullarını hara xərcləyir? -  Özü açıqladı

Röya pullarını hara xərcləyir? -  Özü açıqladı

"Düşünürəm ki, indi yaşayıram. Buna qədər çabalayırdım ki, yaşamağa doğru gedim. Gələcəyim üçün hər şey qurdum. Artıq xalayam, baldızam. Bu yaşa qədər yaşadıqlarıma baxıram, düşünürəm ki, bundan sonra daha gözəl yaşayacam. Amma uşaqlıq heç vaxt keçməyəcək". 

 

Sfera.az xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan "Xəbər-ətər" proqramında deyib. Bu gün ad gününü qeyd edən ifaçı 40 yaşı tamam olduğunu bildirib. 

 

Mahnılarından danışan Röya "Oxuduğum mahnıların çoxu özümə aiddir: ən yalançı da, atıb gedən də, yarımçıq da mənəm. Mahnıları oxuyuram, sonra dərk edirəm ki, vəfasız tərəf mənəm" sözlərini əlavə edib. 

 

Sənətçi bildirib ki, hazırda qazancını oğlu Hüseynin təhsilinə xərcləyir:

 

"Artıq həyatı bir qadın kimi yaşayıram. İşləyirəm və deyirəm ki, bu, sərmayəni ayırıram oğlumun təhsilinə. Çox yaxşı adam və mənə baxan oğul olsun. Əvvəl bahalı paltar mərhələsində idim, indi isə oğlumun təhsilidir əsas".


OXŞAR XƏBƏRLƏR

Gülay Zeynallı: “Sənət tərbiyəmi, xeyir-duamı siz verdiniz” - FOTO

Müğənni Gülay Zeynallı bu gün vəfat edən Xalq artisti Arif Babayevin xatirəsini sosial şəbəkədə yad edib.   Sfera.az xəbər verir ki, o, sənətkarın ev...

2025-ci ildə dünyasını dəyişən incəsənət xadimləri - ADLAR

2025-ci il Azərbaycan incəsənəti üçün sarsıdıcı itkilərlə yadda qaldı. İlin əvvəlindən bəri ölkənin musiqi, kino, teatr və sənətşünaslıq sahəsində tanınmış sima...

Prezident və Birinci xanım Arif Babayevin vəfatı ilə bağlı nekroloq imzalayıblar

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Arif İmran oğlu Babayevin vəfatı ilə bağlı nekroloq imzalayıblar.   Sfera.az xəbər verir ki,...

Sabah Bakıda 40 dərəcə isti olacaq

Avqustun 2-də gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadas...

Arif Babayevin mədəniyyətimizə verdiyi töhfələr əvəzsizdir - Elnur Allahverdiyev

Keçmiş millət vəkili, siyasətçi Elnur Allahverdiyev Azərbaycanın Xalq artisti, ustad xanəndə Arif Babayevin vəfatı ilə bağlı paylaşım edib.  Sfera.az ...

Bu şəxslər üçün KREDİT İMKANLARI YARADILIR

2025-ci il avqustun 1-dən etibarən Azərbaycanda banklar və bank olmayan kredit təşkilatları (BOKT) üçün xarici valyutada kreditləri manata çevirmək və valyuta r...