Həkim günəş vannası qəbul etməyin ən düzgün üsulunu açıqladı

Həkim günəş vannası qəbul etməyin ən düzgün üsulunu açıqladı

“Azərbaycanda maarifləndirmə işi getmədiyi üçün günəş vannasının qəbulu qaydaları çox kobud formada pozulur. Nəticədə, güclü şəfa mənbəyi bəlaya çevrilir”.

 

Sfera.az bildirir ki, bunu tanınmış loğman Ərşad Əzimzadə deyib. O qeyd edib ki, günəş işığı yalnız səhər saat 9-dək və saat 18-dən sonra faydalı elementlərin daşıyıcısıdır:

 

“Qalan vaxtlarda günəş vannası qəbul etmək və gün altında qalmaq zərərlidir. Günəş vannasını ilk gündən çox qəbul etmək, dərini yandırmaq fəsad verir. Vannanı 10 dəqiqədən başlamaq lazımdır - 5 dəqiqə qabaq tərəf, 5 dəqiqə arxa tərəf. Sonrakı günlər hər tərəfin payını 1 dəqiqə uzadıb, bu minvalla vaxtı tədricən hər tərəf üçün 30 dəqiqəyə çatdırmaq vacibdir. Bundan sonra hər tərəfin vaxtını gündə 1 dəqiqə azaldaraq, 15 dəqiqəyə enmək lazımdır. Bu vaxt qalan bütün günlər üçün məqbuldur.Dərini həddən artıq çox qaraldanda bədən  günəşdən D vitamini qəbul etmək qabliyyətini itirir, orqanizm bu vacib elementi yalnız  qidalardan almalı olur. Qidalarda isə D vitamini çox cüzidir . Onun əsas mənbəyi günəşdir”.

 

Mütəxəssis bildirib ki,  bütün xəstəliklər payız-qış aylarında, məhz günəş enerjisi qıtlığı yarananda  baş qaldırır və xəstələrin çoxu bu vaxt dünyasını dəyişir:

 

“Hər bir qidanın faydası və dəyəri onun tərkibində olan günəş enerjisinin həcmindən asılıdır. Biz  qidaları bişirib, duza və ya şəkərə qoyub, uzun müddət suda  saxlayıb, onları günəş enerjisindən məhrum edirik. Bununla da, zərərli kütləyə çevirmiş oluruq.  Mümkün olan hər qidanı çiy şəkildə qəbul etməklə - orqanizmi zəruri elementlərlə təmin edə, xəstəliklərdən yan keçə bilərsiniz”.

 

Günay Rəsulqızı
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

COP29 zamanı Bakıda 350 elektrik avtobusu işləyəcək

BMT-nin​ İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Bakıda 350 elektrik avtobusundan istifadə olu...

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...