\"Böyük yeddilər\" toplanır: Rusiya ilə bağlı hansı qərarlar veriləcək? 

\

NATO-nun növbəti sammiti iyunun 26-28 tarixlərində Madriddə keçiriləcək. İyunun 28-30 tarixlərində isə “böyük yeddilərin” Berlində zirvə toplantısı olacaq.


Sfera.az-ın məlumatına görə, bununla bağlı danışan politoloq Elxan Şahinoğlu deyib ki, NATO və “böyük yeddilərin” toplantısında Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi müzakirə olunacaq:


“Böyük dövlətlər Rusiyanı hələ ki, dayandıra bilmirlər. Əksinə yay aylarında müharibə daha da şiddətlənib. Kreml işğalçı müharibəni davam etdirməkdə israrlıdır. Sanksiyalar Rusiyanın gəlirlərini azaltsa da, müharibəni dayandırmaq üçün yetərli deyil. Böyük dövlətlərin liderləri NATO və “böyük yeddilərin” toplantısında daha kəsərli addımların atılması barədə düşünməli və qərarlar verməlidirlər.  ABŞ-ın NATO-dakı təmsilçisi Julian Smit bildirib ki, Şimali Atlantika Bloku yeni strateji konsepsiya hazırlayır. Bu konsepsiyaya görə Rusiya təşkilata əsas təhlükə adlandırılacaq”.


Politoloq qeyd edib ki,  Yaponiyanın baş naziri Fumio Kisidonun da NATO-nun zirvə toplantısına qatılacağı xəbəri yayılıb:


“Halbuki, Yaponiya NATO-nun üzvü deyil. Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi Tokionu da narahat edir. Yaponiya Rusiya ilə əlaqələrini aşağı səviyyəyə endirib, bu ölkə ilə bir sıra birgə layihədən imtina edib. Digər tərəfdən, Tokio bölgədə Çinin artan hərbi gücündən və Şimali Koreyanın nüvə sınaqlarından narahatdır. Çinin Tayvan adasını nəzarət altına almaq istəyi Qərb ölkələrində olduğu kimi Yaponiyada da təhlükə mənbəyi kimi qiymətləndirilir. Yaponiyanın baş naziri bu mövzuları NATO və “böyük yeddilər” çərçivəsində həmkarlarıyla müzakirə etmək istəyir”.

 

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bəzi ərazilərdə görünüş məhdudlaşdı - FAKTİKİ HAVA

Azərbaycanda yanvarın 8-i saat 9:00-a olan məlumata əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin Bakıda və Abşeron yarımadasında, eyni zam...

Bakı-Kazan-Bakı aviareysi ləğv edildi - RƏSMİ

"Azərbaycan Hava Yolları" QSC (AZAL) bu günə planlaşdırdığı Bakı-Kazan-Bakı reysini ləğv edib.   Sfera.az AZAL-a istinadən xəbər verir ki, ...

Könül Nurullayevaya ağır itki

Milli Məclisin deputatı Könül Nurullayevaya ağır itki üz verib.   Sfera.az xəbər verir ki, millət vəkilinin anası Sevər Cabbarlı dünyasını dəyişib. ...

Azərbaycanın üç gəmisinin Afrikada saxlanılması ilə bağlı RƏSMİ AÇIQLAMA

Dövlət Dəniz və Liman Agentliyi (DDLA) Azərbaycana məxsus 3 gəmi heyəti ilə birlikdə Afrikada, Eritreya sahillərində saxlanılması məsələsi ilə bağlı açıqlama ya...

Britaniyada FÖVQƏL VƏZİYYƏT: xəstəxanalar viruslu xəstələrlə doldu

Böyük Britaniya xəstəxanaları qrip və digər virus xəstəlikləri olan xəstələrin axını ilə doludur.   Sfera.az xəbər verir ki, b barədə Britaniya mətbu...

Sürücülərin NƏZƏRİNƏ:Bakıda 16 istiqamət üzrə sıxlıq müşahidə edilir

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.   Sfera.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM...