"Makron tarixi yaxşı bildiyi üçün bu sözü deyib" - Natiq Cəfərli

“Son həftələr Türkiyə ilə Yunanıstan arasında münasibətlər gərginləşib, ilk baxışdan tarixi, strateji qarşıdurma kimi görünsə də, son gərginliyin daha çox taktiki məsələlərin həllinə yönəldiyini düşünürəm”.


Sfera.az xəbər verir ki, bunu ReAL partiyasının icra katibi Natiq Cəfərli bildirib. O, adıçəkilən ölkələrin müharibəyə getməyəcəyini deyib:

 

“İki NATO ölkəsi bir-biri ilə texniki olaraq müharibə edə bilməz, etməz, burası aydındır, həm də Yunanıstanın özü də Türkiyə ilə real müharibə edə bilməyəcəyini bilir, Türkiyə hərbi anlamda Yunanıstandan çox güclüdür – son gərginliyin əsas hədəfi taktiki məsələdir. Türkiyə İsveç və Finlandiyanın NATO üzvlüyü üçün haqlı tələblər irəli sürüb problem yaradır, buna qarşı Türkiyənin qəzəbinə səbəb olacaq addım kimi Yunan adaları hərbiləşdirilir – sonda Türkiyəyə deyəcəklər ki, siz üzvlük məsələsində yumşalın, biz də Yunanıstanın qulağını çəkək, adalardan hərbi infrastrukturu yığışdırsınlar, ya da azaltsınlar - məsələyə belə də baxmaq olar”.

N.Cəfərli Fransa Prezidenti Emmanuel Makronun, “Rusiyanı alçatmaq olmaz, anlaşmaq, anlamaq lazımdır”, tezisinə də aydınlıq gətirib:

“Makronun fikirlərinə Borreldən dəstək gəlsə də, bəzi Avropa ölkələri, ABŞ siyasətçiləri bu fikri sərt tənqid ediblər. Amma bu cümlənin fransız tərəfindən deyilməsində böyük hikmət, tarixi təcrübə var. Birinci Dünya müharibəsindən sonra Almaniya alçaldıcı sülhə imza atmağa məcbur qaldı, tək bəzi torpaqlarını deyil də, qürurunu da itirdi, aşağılandı, Fransa isə qalib ölkə kimi Almaniya ərazisində istədiklərini edir, alman xalqını hər addımda alçaldırdılar – nəticədə bu vəziyyət Hitleri “doğdu”, cəmi 20 il sonra Almaniya Parisə daxil olub Fransanın tamamına yaxınını işğal etdi, sonda məğlub olsa da, Avropa və dünya üçün fəlakətlərə səbəb oldu. Bu, 100 milyon insanın həyatına, on minlərlə şəhərlərin, kəndlərin dağıdılmasına yol açdı. Makron tarixi yaxşı bildiyi üçün bu sözü deyib – aşağılanmış, alçaldılmış Rusiya Putindən də betər birini “doğacaq”, dünya fəlakətlərlə üz-üzə qala, hətta nüvə müharibəsi təhlükəsi sivilizasiyanın tamamən məhv olması ilə nəticələnə bilər. Məhz buna görə Makron belə bir bəyanatla çıxış edib”.


Əzizə Zeynal
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Ceff Bezosun nişanlısı məhkəməyə verildi

Amerikalı milyarder Ceff Bezosun nişanlısı Lauren Sançez keçmiş yoqa təlimatçısı tərəfindən məhkəməyə verilib.    Sfera.az bildirir ki, keçmiş j...

Bu gün Bakıda yağış yağacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.   ...

COP29 zamanı Bakıda 350 elektrik avtobusu işləyəcək

BMT-nin​ İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Bakıda 350 elektrik avtobusundan istifadə olu...

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...