"Ermənistan tərəfi yeni toqquşmalarda maraqlı görünür” - Politoloq

“Ermənistan Brüssel razılaşmalarını pozur”.

 

Sfera.az bildirir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki,  Rusiya XİN rəhbəri Sergey Lavrovun KTMT-nin xarici işlər nazirlərinin iclasında iştirak etmək üçün İrəvana səfəri çərçivəsində əsas işi Azərbaycanla əldə olunmuş razılaşmaları pozmaqdan ibarətdir:

 

“Hazırda Brüsseldə əldə olunmuş razılaşmalar, Kremlin təlimatlari ilə Ermənistan tərəfindən yerinə yetirilmir. Ötən gün Ermənistanın Laçın rayonu ilə dövlət sərhədində təxribatlara əl atması bunu  göstərir.  Paşinyan da hazırkı situasiyada daxildə baş verənlərdən dolayı manevr edir və prosesləri uzatmağa çalışır. Baş verənlər ciddi xəbərdarlıqdır və Ermənistan tərəfi yeni toqquşmalarda maraqlı görünür”.

 

Ekspert qeyd edib ki, Nikol Paşinyan Moskvanın təzyiqləri fonunda acizdir:

 

“ABŞ dövlət katibinin Avrasiya məsələləri üzrə köməkçisi Cənubi Qafqaz səfəri turnesində Bakı və İrəvanda danışıqlar aparacaq. Artıq Vaşinqtonun Azərbaycana münasibəti müsbətdir və İrəvana ciddi təzyiqlər etməsi mümkündür. Çünki, Ermənistan Rusiyanın forpostu olaraq sülh prosesinə mane olur.  Cənubi Qafqazda ABŞ, Rusiya rəqabətində Ermənistan tərəfi Moskvanın dəstəyi ilə sülhü sabotaj etməklə, Vaşinqtonun regionda geosiyasi maraqlarına zərbə vurur.  Azərbaycanla Ermənistan arasında danışıqlar İrəvanın deustiriktiv siysəti nəticəsində növbəti mərhələdə dalana dirənir”.

 

Günay Rəsulqızı

Sfera.az


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...