Bu şəxslərin DNT-si oğurlana bilər – XƏBƏRDARLIQ

Bu şəxslərin DNT-si oğurlana bilər – XƏBƏRDARLIQ

ABŞ hüquq professorları  tezliklə məşhurların DNT-sinin oğurlana biləcəyini açıqlayıblar.

 

Sfera.az xarici KİV-ə istinadən bildirir ki, Merilend Universitetinin və Corciya Dövlət Universitetinin professorları Liza Vertinski ilə Yaniv Heled dünyada heyranlıq duyulan ulduzlardan uşaq sahibi olmağın yeni trendə çevrilə biləcəyini deyiblər:

 

“Təsəvvür edin ki, bir saç telindən və ya bir dəri parçasından alınan DNT-dən istifadə edərək sevimli kino ulduzunuzdan uşaq yarada bilərsiniz. Elmi-fantastik trillerin süjeti kimi görünən bu fenomen əslində reallıqdan o qədər də uzaq deyil”.

 

ABŞ-da İnsan Genomu Layihəsinin bir hissəsi olaraq, 2003-cü ildə insan genomunun 92 faizi ardıcıllıqla tərtib edilib. "In-vitro Gametogenesis" (IVG) adlı eksperimental kəşflə isə toxuma və orqanlardan alınan kök hüceyrələrdən körpələrin hazırlana biləcəyi söylənilir. Yetkin hüceyrələri sperma və yumurta hüceyrələrinə yenidən proqramlaşdıraraq laboratoriyada embrion yaratmağa imkan verən bu texnika son zamanlarda böyük irəliləyişlər əldə edib. Məsələn, 2022-ci ilin aprelində Yaponiyada bir qrup tədqiqatçı bu üsulla siçovul balalarını dünyaya gətirib.

 

Hüquq professorlarının fikrincə, genetikadakı bu irəliləyişlər DNT oğurluğu ilə bağlı imkanları da, narahatlıqları da artıracaq.

 

Vertinsky və Hered təklif edir ki, tezliklə məhkəmə salonları bu texnologiyalarla bağlı məhkəmə proseslərinə daha çox cəlb olunacaq. Onlar məhkəmədə hakimlərin bu istiqamətdə müxtəlif problemlərlə üzləşə biləcəklərini deyiblər:

 

"Məşhurların genetikasının oğurluğu ilə bağlı mübahisələr qaçılmaz olaraq məhkəmə zalına çatdıqca, hakimlər genetikanın şəxsiyyət, mülkiyyət, sağlamlıq və xəstəlik, əqli mülkiyyət və reproduktiv hüquqlarla necə əlaqəli olduğuna dair fundamental suallarla üzləşməli olacaqlar".

 

Məşhurlardan DNT oğurluğu əslində əvvələr pop müğənnisi Madonnanın məhkəmədə dava açması ilə gündəmə gəlib. O, 2018-ci ildə saç fırçası və alt paltarı da daxil olmaqla, DNT yüklü bir sıra əşyalarının hərracda satılmasının qarşısını almaq üçün keçmiş sənət məsləhətçisi Darlene Lutzu məhkəməyə vermişdi. Lakin Nyu-York hakimi əşyalarını geri almaq üçün lazım olan vaxtın bitdiyini əsas gətirərək pop ulduzun işini geri çevirmişdi.  Əslində, Madonna 10 ildən artıqdır ki, DNT-sinin oğurlanması riski ilə mübarizə aparır. Məsələn, o, konsertlərindən sonra soyunub-geyinmə otağını təmizləmək üçün təmizlik işçiləri təyin edir və turun hər dayanacağında otağında yeni tualet oturacaqlarından istifadə edir.

 

Əzizə Zeynal
Sfera.az


OXŞAR XƏBƏRLƏR