Göyçayda iki avtomobil toqquşub, xəsarət alanlar var – FOTO

Hadisə
20:37 / 12.06.2022
10885
Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax yolunun Göyçay şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
99-EU-673 dövlət nömrə nişanlı “Mercedes” və 10-SZ-919 dövlət nömrə nişanlı “Lexus” markalı minik avtomobilləri toqquşub. Hadisə zamanı Mingəçevir şəhər sakini, 1985-ci il təvəllüdlü Sultanov Fərrux Aslan oğlu və 2011-ci il təvəllüdlü Sultanzadə Yəhya Fərrux oğlu xəsarət alıb. Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.