Azərbaycanda toya hazırlaşan cütlük qəzaya düşdü - Oğlan öldü, qız xəsarət aldı - FOTO

Hadisə
19:44 / 12.06.2022
8907
Ötən gün Şəki şəhərində baş verən yol qəzası barədə bəzi təfərrüatları məlum olub.
Sfera.az-ın xəbərinə görə, Holavar kəndində “Mersedes” markalı avtomobilin ağaca çırpılması nəticəsində sürücü 1990-cı il təvəllüdlü İbrahim Ağalarov hadisə yerində həlak olub. Avtomobildə olan sərnişin 1995-ci il təvəllüdlü Günel Göyüşova isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Məlumata görə, qəzada həlak olan İbrahim Ağalarov və Günel Göyüşova nişanlı olublar. Onların 1 həftə sonra toyları olacaqdı.