“Ural Hava Yolları” Azərbaycana uçuşları DAYANDIRDI

“Ural Hava Yolları” Azərbaycana uçuşları DAYANDIRDI

“Ural Hava Yolları” şirkəti Azərbaycana iyulun 1-dən oktyabrın 20-dək nəzərdə tutulan uçuşlarını dayandırıb.

 

Sfera.az xəbər verir ki, bu barədə məlumatı aviaşirkət yayıb.

 

Bildirilib ki, qərar Rusiya və Ukrayna arasında yaranan vəziyyətlə əlaqədər verilib. Aviaşirkət iyul ayında Azərbaycanla yanaşı, Ermənistana, Qazaxıstana, Özbəkistana nəzərdə tutulan uçuşlarını ləğv edib.

 

Şirkətin məlumatında vurğulanıb ki, ancaq Kamçatkadan Sankt-Peterburqa olan reyslər işləyəcək.

 

Qeyd edək ki, mart ayında (5-26 tarixlərində) bu aviaşirkət Azərbaycana uçuşlarını dayandırmışdı. “Ural Hava Yolları” şirkəti Azərbaycana Jukovsk, İrkutsk, Yekaterinburq, Kaluqa, Perm, Omsk, Krasnoyarsk, Novosibirsk, Nijni Novqorod, Samara və Mineralnıye Vodı şəhərlərindən birbaşa uçuşlar həyata keçirirdi.


OXŞAR XƏBƏRLƏR