Məşhur müğənni boşanır - Xoşbəxtlikləri 1 il çəkdi...
Türkiyəli müğənni Zeynep Bastık boşanır.
Sfera.az bildirir ki, ötən ilin iyulunda meneceri Tolqa Akışla ailə quran ifaçı evindən köçüb. Həyat yoldaşı ilə evliliyini bitirmək üçün razılaşdıqdan sonra Bastık Ulusda yeni mənzil kirayələyib. Evliliklərinin 1 ilini tamamlaya bilmədiyi üçün qanuni olaraq razılaşdırılmış boşanma iddiası qaldıra bilməyən cütlüyün iyulda məhkəməyə müraciət edəcəyi öyrənilib.
Boşanma iddiasını təsdiqləyən Tolqa Akış aralarında heç bir problem olmadığını deyib: “Bir müddət əvvəl boşanmaq qərarına gəldik, amma Zeynep evdən yenicə köçdü. Aramızda heç bir inciklik yoxdur. Heç vaxt düşmənlik ola bilməz. Evlilik hər kəsin öhdəsindən gələ biləcəyi bir şey deyil. Zeynep mənim həyatda ən yaxşı dostumdur. Birgə işimizi davam etdiririk, iki gündən bir görüşürük. Bizim də gələcək üçün planlarımız var”.
Boşanmaya xəyanətin səbəb olub-olmaması sualına isə Tolqa belə cavab verib: “Heç vaxt ayrılmayaq, mübahisə etməyək dedik. Təbii ki, xəyanət iddialarını səsləndirənlər olacaq. Amma mən də etmərəm, Zeynep də belə bir şey etməz”.
Türkan
Sfera.az