Qida məhsullarında növbəti BAHALAŞMA REKORDU
İqtisadiyyat
14:31 / 10.06.2022
6580
Bu ilin mayında Azərbaycanda qida məhsullarının qiymətində artım 21 faizə yüksəlib.
Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2022-ci ilin mayında bütün mal və xidmətlər üzrə 13,7 faiz artım baş verib. Artımın böyük olması məhz qida məhsullarının 21 faiz artması ilə əlaqəlidir.
May əyı ərzində isə qida məhsullarında bahalaşma 1 faiz təşkil edib. Ötən ayda daha çox bahalaşma meyvələrdə (7 faiz), yağlarda (2 faiz), şirniyyat məhsullarında (1,1 faiz) olub.
Qiyməti davamlı artan qida məhsullarından tərəvəzin qiyməti isə mayda enib. Tərəvəzlərdə ucuzlaşma 1,6 faiz təşkil edib.
Ən çox ucuzlaşan isə yumurtadır. Yumurtanın qiyməti bir ayda 8,4 faiz enib.
Vasif
Sfera.az