"Avropa iqtisadiyyatı məhv olacaq..." - Baş nazirdən XƏBƏRDARLIQ
Macarıstanın Baş naziri Viktor Orban Rusiya qazına qoyulan embarqonun Avropa iqtisadiyyatını məhv edəcəyini bildirib.
Sfera.az xarici KİV-ə istinadən bildirir ki, Orban verdiyi açıqlamada Avropa Birliyinin (AB) embarqo qərarı ilə bağlı tənqidlərini davam etdirib.
O, bəyan edib ki, Rusiyaya qarşı sanksiyalar artıq enerji qiymətlərini və inflyasiyanı sürətlə artırır. Macarıstanın baş naziri, ölkəsində bir çox məhsulun qiymətlərinin sürətlə artdığını qeyd edərək, keçən ay 10 faizi keçən inflyasiyanın 16 faizə qalxacağını bildirib.
Qeyd edək ki, Aİ-yə üzv ölkələrin liderləri ilin sonuna qədər Rusiyadan neft idxalının 90 faizini qadağan edən 6-cı sanksiyalar paketi üzrə razılığa gəliblər, Macarıstan isə sanksiyalardan azad edilib.
Əzizə Zeynal
Sfera.az