Ölkəmizə ən çox pul hansı ölkələrdən köçürülür? – SİYAHI

Ölkəmizə ən çox pul hansı ölkələrdən köçürülür? – SİYAHI

2022-ci ilin birinci rübündə Azərbaycana xaricdən 240 milyon dollar pul köçürülüb. Ötən ilin eyni dövrü ilə müqayisədə pul köçürmələri 13,4 milyon dollar artıb.

 

Sfera.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ölkəmizə ən çox pul Rusiyadan köçürülüb. Göndərilən pulun məbləği 99,7 milyon dollar olub və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20,2 milyon dollar azalıb.

 

Rusiyadan pul köçürülməsi azalsa da ABŞ, Türkiyə və Almaniyadan köçürmələr artıb. Belə ki, ABŞ-dan pul daxilolmaları 20 milyon dollar artaraq 32,87 milyon dolları, Türkiyədən daxilolma 3,4 milyon dollar artaraq 23,4 milyon dolları, Almaniyadan köçürmə 7 milyon dollar artaraq 12,1 milyon dolları keçib.

 

Azərbaycandan isə pul köçürülməsi 30 milyon dollar ayxın artaraq 151,5 milyon dolları ötüb. Ən çox pul Türkiyəyə (41 milyon dollar), Rusiyaya (20,68 milyon dollar), Gürcüstana (15,7 milyon dollar), ABŞ-a (14,9 milyon dollar), Birləşmiş Krallığa (9,9 milyon dollar) göndərilib.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR