NASA da UNO-ları araşdırmaq üçün qrup yaradır

NASA da UNO-ları araşdırmaq üçün qrup yaradır

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) naməlum hava hadisələrini (UNO) tədqiq etmək üçün tədqiqat qrupu quracaqlarını açıqlayıb.


Sfera.az bildirir ki, ABŞ Müdafiə Nazirliyindən (Pentaqon) sonra NASA da hava hadisələrini öyrənmək üçün hərəkətə keçib.


NASA-dan verilən açıqlamada qeyd edilib ki, tədqiqat payız aylarında başlayacaq.


Atmosferdə baş verən naməlum hadisələrin həm milli təhlükəsizlik, həm də hava təhlükəsizliyi ilə bağlı olduğuna diqqət çəkən açıqlamada, hələlik naməlum hava hadisələrinin dünya xaricindən olduğuna dair heç bir dəlil olmadığına diqqət çəkilib.


NASA-nın müstəqil tədqiqat qrupuna Nyu-Yorkdakı Simons Fondunun prezidenti və daha əvvəl Prinston Universitetinin astrofizika departamentinin rəhbəri olan astrofizik David Spergel rəhbərlik edəcək.


İnci
Sfera.az 


OXŞAR XƏBƏRLƏR