Azərbaycan buğda əvəzinə bu sahələri genişləndirir
Azərbaycanda son illərdə arpa əkilən sahələrin genişləndirilməsi müşahidə edilir. 1990-cı illərin sonları ilə müqayisədə arpanın əkin sahələrinin bir neçə dəfə böyüməsi qeydə alınıb.
Sfera.az xatırladır ki, 1999-cu ildə 56,5 min hektar sahədə arpa əkildiyi halda, 2006-cı ildə 180 min hektar sahədə 2013-cü ildə 329 min hektar sahədə arpa əkilib. 2022-ci ilin yığımı üçün əkin sahəsi isə 413,6 min hektara yaxın olub.
Son illərdə arpa sahələri genişləndirilsə də buğda sahələrində genişlənmə yoxdur, əksinə bir qədər azalma var. On il əvvəl 650-700 min hektar sahədə buğda əkən Azərbaycan cari ildəki yığım üçün 606 min hektarda əkin işləri aparıb.
Qeyd edək ki, ölkəmiz hər il böyük məbləğdə vəsait ayıraraq buğda idxalını həyata keçirir. 2021-2022-ci illərdə isə buğda idxalı ilə bağlı ciddi problemlər yaranıb. Belə bir vəziyyətdə Azərbaycanda buğda yox, arpa istehsalının artırılması maraqlıdır.
Vasif
Sfera.az