Ata Abdullayevdən xəbər var

Ata Abdullayevdən xəbər var

Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Ata Abdullayev məhkəməsi yenidən başlayır.


Sfera.az xəbər verir ki, onun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmənin vaxtı məlum olub.


Məhkəmənin ilkin hazırlıq iclası iyulun 7-nə təyin edilib.


Şikayət Ali Məhkəmənin hakimi İlqar Qılıcovun sədrliyi ilə araşdırılacaq.


İttihama əsasən, A.Abdullayev müxtəlif şəxslərdən onlar haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə pul tələb edib. Belə ki, o, Gənclər və İdman Nazirliyinin tabeliyində Avropa Oyunları və “Formula-1” yarışlarıyla bağlı Əməliyyat Komitəsində çalışan Elmar Əliyevə zəng edərək, ondan 10 min manat istəyib. Son nəticədə 2400 manatlıq “iPhone 11 Pro Max” telefonu alıb.


Bundan başqa, A.Abdullayev Abşeron Rayon İcra Hakimiyyətinin Masazır qəsəbəsi üzrə nümayəndəsi Şahlar Həsənovdan 6 000 manat pul istəyib. O, Masazırda məişət tullantılarının vaxtında daşınmamasıyla bağlı video yaymaqla hədələyib.


Həmçinin o, aşmış ağacı videoya çəkərək, sahibkar Cəmil Babayevi ağacları kəsməkdə ittiham etməklə ondan da pul tələb edib.


A.Abdullayev Sabunçuda sahibkar Elçin Əliyevi qanunsuz tikinti aparmaqda ittiham edərək, ondan 15 000 manat pul tələb edib.


Bununla əlaqədar ona CM-nin 182.2.2 (hədə-qorxu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələrilə ittiham verilib.


A.Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən ötən ilin mart ayında saxlanılıb.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, A.Abdullayev 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.(pravda.az)


OXŞAR XƏBƏRLƏR

Rus icmasından Yekaterinburqdakı vəhşiliklə bağlı açıqlama

Azərbaycanın Rus icması Yekaterinburqda Rusiya güc strukturlarının qəddarlığını qətiyyətlə pisləyib.   Sfera.az xəbər verir ki, bu barədə icmanı...

Yekaterinburqda həbs edilən azərbaycanlıların sayı 5-ə çatdı - FOTO

  Yekaterinburq Lenin Rayon Məhkəməsində şübhəli şəxs kimi saxlanılmış Əhliman Gənciyev barəsində 3 gün müddətində həbs qətimkan tədbiri seçilib. &nb...

Fövqəladə Hallar Nazirliyinin 20 illiyinə həsr olunmuş yarışlara yekun vurulub - FOTOLENT

Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunan FHN-in yaranmasının 20 illiyinə həsr olunmuş “Gənc xilasedici” XI Beynəlxalq ya...

İyulun bəxtəvər bürcləri- pula pul deməyəcəklər

Yeni ay bürclərə yeni fürsətlər və bolluq vəd edir. Astroloqların proqnozlarına görə, iyul ayında bəzi bürclər üçün xüsusilə maddi baxımdan uğurlu dönəm olacaq....

Meteohəssas insanlar üçün PROQNOZ

Sabahın tibbi-meteoroloji proqnozu açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən xəbərə görə, iyunun 30-da Abşeron yarımadasın...

Deputat: "Səfərovların ölümü ardıcıl təzyiqlərin davamıdır"

Son günlər Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı baş verən hadisələr ölkəmizdə ciddi narahatlıqla qarşılanır.   Xatırladaq ki, Feder...