Ərdoğanın bu çıxışından sonra lirə ucuzlaşdı 

Ərdoğanın bu çıxışından sonra lirə ucuzlaşdı 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 6-da əsas məzənnəni daha da aşağı salmaq planları ilə bağlı verdiyi açıqlamadan sonra İstanbul Fond Birjasındakı ticarət məlumatlarına görə, türk lirəsi bir dollar üçün 17 lirədən aşağı düşüb.

 

Sfera.az bildirir ki, gün ərzində türk valyutasının itkisi iki faiz, ay ərzində isə təxminən 15 faiz təşkil edib. Bu, son altı ayda rekord eniş olatraq dəyərləndirilir.

 

Bununla belə, alternativ iqtisadi nəzəriyyənin tərəfdarı olan Ərdoğan əmindir ki, aşağı faiz inflyasiya ilə mübarizə aparmağa kömək edir. İyunun əvvəlində respublikada qiymət artımının səviyyəsi 17 faizə çatıb.


Əzizə Zeynal 
Sfera.az


OXŞAR XƏBƏRLƏR