Avtomobillərə yeni özəllik gətirilir – Spirtli içki içənlər…

Avtomobillərə yeni özəllik gətirilir – Spirtli içki içənlər…

Avropa Parlamentinin qəbul etdiyi qərarlara uyğun olaraq, 2050-ci ilə qədər Aİ ölkələrində yol qəzalarında ölüm hallarının sıfıra endirilməsi hədəfi çərçivəsində bəzi tədbirlər həyata keçirilir.

 

Sfera.az bildirir ki, İspaniya Nəqliyyat Baş İdarəsi həm sürücünün, həm də sərnişinlərin təhlükəsizliyini artıran texnoloji yeniliklərin iyul ayından etibarən istehsal edilən bütün yeni avtomobillər üçün məcburi olacağını açıqlayıb.

 

Yeni texnologiyalarda avtomobilin bloklanması sistemi ilə alkotelizatorun istifadəsi ön plana çıxsa da, təcili əyləc dəstəyi sistemi, arxa təhlükəsizlik kəməri xəbərdarlığı sistemləri də olacaq.

 

Bildirilib ki, “Alcolock” adlanan sistemlə sürücü nəqliyyat vasitəsini işə salmazdan əvvəl spirt sayğacını üfürərək qandakı spirt miqdarını ölçməlidir. Əgər 25 saniyə ərzində spirtin miqdarı icazə verilən həddən artıq olarsa, sistem mühərriki işə salmağa imkan verməyəcək.

 

Aİ statistikasına görə, ölümlə nəticələnən yol qəzalarının təxminən 40 faizi sürücünün sərxoş olmasından qaynaqlanır.


İnci
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR